Azərbaycan Respublikası Prezidentinin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir. Bu münasibətilə respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər və digər mədəni tədbirlər təşkil olunur.
Sentyabrın 18-dən 28-dək keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcək.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, Heydər Əliyev Fondunun və nazirliyin birgə təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək Bakıda Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr edilən VII Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılır. Festivalda Türkiyə, Rusiya, Latviya, Estoniya, Suriya, İtaliya və Kanadadan tanınmış musiqiçilər və kollektivlər - Liyepaya Simfonik orkestri, Gürcüstan Kamera Orkestri, Rusiya Nəfəs Alətləri Kvinteti, saksofon kvarteti, Mişel Kampanella, Oleq Poxanovski, Tanel Joamets, Azmex Kinan, Miina Yarvi və başqaları iştirak edəcəklər.
yap.org.az
Bütün Polşa onun haqqında danışır...