PDF Oxu

Mədəniyyət

  • 1 473

Azərbaycan Konqreslər Bürosu daha bir beynəlxalq tədbirdə

Azərbaycan Konqreslər Bürosu daha bir beynəlxalq tədbirdə

Dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan və Azərbaycanın turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən Azərbaycan Konqreslər Bürosu daha bir beynəlxalq tədbirdə iştirak edib.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan Büro ilk dəfə olaraq Rusiya Görüş Təşkilatçıları (MeetingPlanners Russia) işgüzar görüşündə iştirak edib. Cari ilin sentyabr ayının 7-8-də Rusiyanın paytaxtı Moskvada keçirilən tədbirdə Büronu Satış və Marketinq üzrə meneceri Ayan Zeynalova təmsil edib.

Görüşlər Sənayesi bazarında eksklüziv tədbir olan Rusiya Görüş Təşkilatçıları 2015 işgüzar görüşü üçüncü dəfədir ki keçirilir. İkigünlük tədbir iştirakçılara üzbəüz görüşlər keçirməyə imkan verir. Tədbir dünyanın görüş iştirakçılarını, məkanın idarə olunması üzrə ixtisaslaşan şirkət və təşkilatçılarını Rusiya və MDB ölkələrindən olan alıcılarla bir araya gətirən unikal platforma rolunu oynayır.

Tədbir zamanı Büronun nümayəndəsi görüşlər sənayesində və məkanın idarə olunması sahəsində çalışan yerli şirkətlər, təşviqat agentlikləri və eləcə də korporativ müştərilərlə, əsasən enerji və maliyyə üzrə ixtisaslaşan şirkətlərinin təmsilçiləri və vasitəçiləri ilə, 50-yə yaxın işgüzar görüşlər keçirib.

2013-cü ilin sonlarından fəaliyyətə başlayan Büronun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək, beynəlxalq tədbirlərdə iştirak və s. bu kimi biznes əhəmiyyətli işlər daxildir.

ZÜMRÜD

Digər xəbərlər