PDF Oxu

Mədəniyyət

  • 1 633

C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində "Açıq qapı" günü keçiriləcək

C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində "Açıq qapı" günü keçiriləcək

Bu il dahi bəstəkar, görkəmli ictimai xadim, alim, musiqişünas, Azərbaycanda və Yaxın Şərqdə opera və operetta janrının banisi Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi tamam olur. Sentyabrın 18-i görkəmli bəstəkarın doğum günüdür. Həmin gün ölkəmizin hər bir guşəsində, hər bir mədəniyyət ocağında, o cümlədən, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Milli Musiqi Günü kimi qeyd olunur.

Mədəniyyət və Turizm Nazirliyindən qəzetimizə verilən məlumata istinadən, bu il sentyabrın 18-də Teatr Muzeyində fond materialları əsasında bəstəkarın əsərlərinə çəkilmiş geyim və dekorasiya eskizlərindən ibarət "Üzeyir personajları rəssamların gözü ilə" adlı sərgi təşkil olunacaq.

Muzeyə gələn qonaqlara sərgi ilə yanaşı, Azərbaycanda opera sənətinin yaranma tarixi və inkişafı, Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında geniş məlumat veriləcək və bəstəkarın yaradıcılığını əks etdirən video-çarxlar nümayiş olunacaq. Həmin gün muzeydə "Açıq qapı" günü elan ediləcək. Sentyabrın 22-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçiriləcək tədbirdə də Teatr Muzeyinin yuxarıda adı çəkilən sərgi ilə iştirak etməsi nəzərdə tutulur.

ZÜMRÜD

Digər xəbərlər