PDF Oxu

Mədəniyyət

  • 1 849

"Nikolya" Şokolad Muzeyi Azərbaycana həsr olunmuş sənət əsərləri hazırlayıb

"Nikolya" Şokolad Muzeyi Azərbaycana həsr olunmuş sənət əsərləri hazırlayıb

Muzey Mərkəzinin binasında keçirilən "Nikolya" Şokolad Muzeyinin müəllif sərgisi 26 sentyabr tarixində şokolad möcüzələri yaradaraq master-klass seriyaları təqdim edəcək. Arzu edən hər bir uşaq dərslərdə iştirak edə biləcək. Dərsləri müəllif və eyni zamanda, "Nikolya" Şokolad Muzeyinin yaradıcısı tanınmış şokolatye Nikolay Popov keçirəcək.

Master-klassda iştirak edən hər bir uşaq öz əli ilə unikal şokolad-marzipan açıqsalar düzəldə və özləri ilə götürə biləcəklər. Master-klass zamanı iştirakçılar şokoladdan hazırlanan əl işlərinin müəllifi olacaq, şokolad və marzipanla işləməyin qaydalarını öyrənəcək və eyni zamanda, şokolatyedən çoxlu "şirin" sirlər öyrənəcəklər.

Dünya turu çərçivəsində dünya ölkələrinin 40-dan artıq şəhərində qonaq olan məşhur "Nikolya" Şokolad Muzeyi bu dəfə Bakıdadır! Artıq ilk həftədən sərgidə 10000-ə yaxın insana müəllif tərəfindən şokoladdan yaradılan möcüzələri görmək nəsib olmuşdur.

Sərgi Muzey Mərkəzinin binasında 30 avqust 2016–cı il tarixinədək davam edəcək. 200 kvadrat metrlik sahədə ümumi çəkisi 900 kiloqramdan artıq olan yüksək keyfiyyətli 250-dən artıq şokolad məmulatları və o cümlədən şokolad və marzipan heykəlcikləri, şokolad bagetlərlə çərçivələnmiş şokolad rəsmləri, şokolad miniatür və kompozisiyalar təqdim olunacaq. Bununla yanaşı, sərgidə şokoladın tarixi və bu haqda maraqlı faktlarla tanış olmaq imkanı olacaq.

Qeyd edək ki, Bakıdakı sərgisi üçün məşhur şokolatye Nikolya xüsusi olaraq Azərbaycan və Bakıya həsr olunmuş şokoladdan bir sıra sənət əsəri hazırlamışdır. Burada 70 kiloqramdan artıq çəkisi olan "Qız Qalası" şokolad miniatürü, Hökümət Evi, Muzey Mərkəzi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, FlameTowers binalarını əks etdirən əsərləri, eləcə də marzipan meyvə və gülləri, şokolad manqalı və digər əsərləri görmək olar.

Müəllif 5 iyun tarixində çəkisi 200 kiloqramdan artıq olan və Bakıda keçirilən birinci Avropa Oyunlarına həsr etdiyi dünyanın ən nəhəng şokolad rəsmini təqdim etdi. Bununla yanaşı, məşhur şokolatye sərgi zamanı satışa çıxarılan xüsusi texnologiya ilə hazırlanmış bir sıra eksklüziv şokolad suvenir məmulatları təqdim edir. Yeyilməsi mümkün olan bu suvenirləri hər bir ziyarətçi ala bilər.

"Nikolya" Şokolad Muzeyinin sərgisi müxtəlif yaş və statuslu tamaşaçıları cəlb edir. 5 il ərzində sərgini 500.000-dən artıq tamaşaçı ziyarət etmişdir. Hər bir ziyarətçi üçün şokoladın pulsuz dequstasiyası təşkil olunacaq.

ZÜMRÜD

Digər xəbərlər