PDF Oxu

Mədəniyyət

  • 1 769

Nizami Kino Mərkəzi bayram günləri tamaşaçılarını yeni filmlərlə sevindirəcək

Nizami Kino Mərkəzi bayram günləri tamaşaçılarını yeni filmlərlə sevindirəcək

Sentyabrın 24 -dən etibarən, Nizami Kino Mərkəzi ABŞ, Böyük Britaniya, İslandiyanın istehsalı olan "Everest" , ABŞ-ın "Stajçı" və Azərbaycan istehsalı olan "Gecə qonağı" filmlərinin nümayişinə başlayır.

Rejissor Baltasar Kormakurun real hadisələr əsasında çəkdiyi "Everest" filmi triller, dram və məcara janrındadır. Sloqanı: "Planetin ən təhlükəli yeri" Yaş həddi: 12+Everest - bir çox alpinistlərin fəth etmək istədiyi möhtəşəm dağdır. Əvvəlki ekspedisiyanın faciə ilə bitməsinə baxmayaraq, alpinistlər xəyallarından əl çəkmək fikrində deyillər.

Təcrübəli instruktor Rob Holl, ən yaxşı alpinistlərdən ibarət dəstəylə planetin ən hündür yüksəkliyini fəth etməyə yığışır. Mərd və şücaətli komanda üzvləri Everestin zirvəsinə qalxmaqda qərarlıdılar. Amma bu zirvə onlara baş əysə belə sağ-salamat geri dönə biləcəklərmi?

Filmdə rolları Ceyson Klark, Coş Brolin, Con Houks, Robin Rayt, Emili Uotson, Kira Naytli, Sem Uortinqton, Ceyk Cillenxol, Tomas M. Rayt, Martin Henderson və başqa aktyorlar canlandırıb.

Komediya janrında çəkilmiş "Stajçı" filminin ssenari müəllifi və rejissoru Nensi Mayersdir. "Təcrübə heç vaxt qocalmır" filmin sloqanıdır. Yaş həddi: 16+70 yaşlı dul kişi Ben Uitaker başa düşür ki, təqaüdə çıxmaq hələ son deyil. O, fürsətdən istifadə edib moda saytlarının birində Culs Ostinin rəhbərliyi altında stajçı kimi işləməyə başlayır...

Filmdəki rolları Enn Xeteuey, Robert De Niro, Rene Russo, Nat Vulf, Drena De Niro, Adam Divayn, Aollis Karri-Vud, Anders Xolm, Liz Selesta və Endryu Rennels ifa ediblər.

Yeni "Gecə qonağı" adlı filmi azərbaycanlı rejissor Kənan MM çəkib. Ekran əsəri dram janrındadır. Yaş həddi: 18+

Tək yaşayan Camal rəssamlıqla məşğuldur, lakin heç kimin onun əsərlərini bəyənmədiyinə görə, onda böyük depressiya yaranır. Onun Lalə adında özündən razı nişanlısı var. Bir gün dostu Ədalət gecə yarısı bar qızı Zara ilə sərxoş vəziyyətdə Camalın evinə gəlir. Ədalət Camaldan xahiş edir ki, qız bir gecə onun evində qalsın. Lakin səhər açılanda Ədalət qızın dalınca gəlmir. Yuxudan oyananda Zara elə bilir ki, onu evə Camal gətirib. Beləliklə, fərqli dünyaların adamları olan insanlar arasında yasaq eşq yaranır. Filmin sonluğu tamaşaçı üçün gözlənilməz olacaq.

Filmdəki obrazları aktyorlar Fərda Amin, Pərvin Abiyeva, Tural Əhməd, Kəmalə Piriyeva, Kənan MM və başqaları canlandırıb.

ZÜMRÜD

Digər xəbərlər