Sentyabrın 29-da Fransanın Paris şəhərində keçiriləcək "Top Resa 2015" Beynəlxalq Turizm Sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi iştirak edəcəkdir. Sərgidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirakı edəcəkdir. Həmçinin, sərgidə 3 yerli turizm şirkəti, "Geo Travel", "Gilan Tourism" və "SW travel" şirkətləri təmsil olunacaq.
Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 34 kv.m sahədə xüsusi lövhə quraşdırılmışdır. Lövhə sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və fransız dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunmuşdur.
Məlumat üçün bildirək ki, 2009-cu ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq yeddinci dəfədir ki, "Top Resa" Beynəlxalq Turizm Sərgisində iştirak edir, həmçinin ötən il adıçəkilən tədbirdə ölkəmizlə yanaşı, 159 ölkədən 1800-ə yaxın şirkət təmsil olunmuşdur.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...