PDF Oxu

Mədəniyyət

  • 1 505

Azərbaycanda Rusiya filmləri həftəsi

Azərbaycanda Rusiya filmləri həftəsi

Oktyabrın 1-dən 7-dək Azərbaycanda Rusiya Filmləri Həftəsi keçiriləcək. Tədbir Rusiyanın Mədəniyyət Nazirliyi və "Kinofest" Prodüser Mərkəzi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın Bakıdakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Açılış mərasimi Azərbaycanın ən möhtəşəm kino səhnəsində Nizami Kino Mərkəzində keçiriləcək. Mərasimdə iştirak etmək üçün Rusiya mədəniyyətinin tanınan simaları "Kinofest" Prodüser Mərkəzinin baş direktoru Sergey Braqin, Rusiya Federasiyasının xalq artisti Boris Şerbakov, aktyorlar Valeriya Şkirando, Olqa Lomonosova, Aleksandra Rozovskaya, Denis Şvedov, prodüserlər Ekaterina Filippova, Dmitri Savinskiy və prodüser, rejissor, ssenari müəllifi, jurnalist, ictimai xadim Aleksey Pimanov Bakıya gələcək.

Kinohəftə çərçivəsində nümayiş olunacaq filmlər sovet dönəmi vaxtından bu yana Rusiya filmlərinə maraq göstərən Bakı tamaşaçısına xüsusi zövq verəcək.

Kinohəftə, rejissor Renat Davletyarovun ekranlaşdırdığı "Üfüqlər burda sakitdir..." filminin yeni versiyasının nümayişi ilə başlanacaq. Resenzorların fikrincə, bu film "klassik filmlərin yeni variantda çəkilən" ən uğurlu nümunəsidir. Müharibənin acı reallığını əks etdirən bu kinolent tamaşıçıya döyüşçülərin superqəhrəman olmadıqları halda qəhrəmanlıq göstərmələrinin nə qədər çətin və faciəvi olduğunu göstərir.

Rejissor Oleq Asadulinin fantastik dram janrında çəkdiyi və premyerası Bakıda baş tutacaq "Zelenaya kareta" filmi gənckən böyük dost kampaniyasının bir hissəsi olan, illər ərzində çalışıb kino istehsalı sahəsində yüksək karyera pilləsinə qalxaraq şöhrət içində parlayan Vadim Rayevskidən bəhs edir. Amma Tanrının hökmünü bilmək olmur, yaxın adamını itirən Vadimin həyatı alt-üst olur. O, baş vermiş faciənin təsadüf olduğuna inanmır və həqiqəti öyrənmək üçün tədqiqat aparmağa başlayır...

Kinohəftənin üçüncü günü "Oveçka Dolli bıla zlaya i rano umerla" filminin rejissoru Aleksey Pimanovun nümayişdən qabaq, tamaşaçılarla görüş keçirəcəyi nəzərdə tutulub. Kriminal komediya və macəra janrında olan bu filmə 1980-ci illərin ironiyalı nostaljisi hopub. Keçmişin şirin xatirəsinin təsviri filmin ən yaxşı səhnələrindəndir.

Proqrama daxil edilmiş Aleksey Voytinskinin çəkdiyi "Prizrak" komediyası, aviakonstruktor Yuri Qordeyevin başına gələn hadisələrdən bəhs edir. Filmdə baş rolu populyar aktyor və rejissor Fyodor Bondarçuk ifa edib.

Sırada beşinci olan Dmitri Mesxiyevin hərbi-tarixi dram janrında çəkdiyi "Batalyon" filmi Rusiyanın və Birinci Dünya müharibəsinin gedişini dəyişən 1917-ci ilin Oktyabr inqilabı hadisələrinə həsr olunub. Müvəqqəti hökumətin yaratdığı, qadınlardan ibarət "Ölüm batalyonu"nun göstərdiyi şücaət digər əsgərlərə nümunəvi örnək olmaqla yanaşı, onların qəhrəman qadın adına layiq olduqlarını da sübuta yetirir.

Proqram sonu rejissor Artyom Aksenenkonun "Neulovimıye" və Yaroslav Çevajevskinin "Mama daraqaya" komediyaları nümayiş olunacaq.

"Mama daraqaya" filmi iyirmi iki yaşlı Slavikin hələ də anasının diktə etdiyi qaydalarla yaşadığından bəhs edir.

Qeyd edək ki, Nizami Kino Mərkəzində Rusiya Kino Həftəsi çərçivəsində nümayiş olunacaq filmərin seansları hər gün saat 18:40-da kinomərkəzin böyük zalında başlayacaq.

ZÜMRÜD

Digər xəbərlər