Oktyabrın 29-da Bakıda VI Avropa Film Festivalına start veriləcək. Festival "Park Cinema" kinoteatrları şəbəkəsinin və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə keçiriləcək.
"Park Cinema" kinoteatrları şəbəkəsindən bildirilib ki, noyabrın 6-dək davam edəcək festivalda 20-dək filmin nümayişi nəzərdə tutulub. Festivalda Azərbaycan, Avstriya, Belçika, Xorvatiya, Çexiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Latviya, Litva, Portuqaliya, Rumıniya, İspaniya, İsveç və Böyük Britaniya filmləri nümayiş olunacaq.
sia.az
Bütün Polşa onun haqqında danışır...