Noyabrın 5-də Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) "Biznes idarəçiliyi" fakültəsinində "Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyinin nümayəndələrilə görüş keçirilib. Görüşdə "Biznes idarəçiliyi" fakültəsinin dekanı Sənan Əliyev və "Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyinin icraçı direktoru Fəxrəddin Həsənzadə iki qurum arasında Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində elm, tədris və təcrübənin uzlaşdırılmasını təmin etmək məqsədilə əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıblar. Sonra ATMU "Biznes idarəçiliyi" fakültəsilə "Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyi arasında Əməkdaşlığa dair Memorandum imzalanıb.
ATMU-nun mətbuat xidmətindən verilən məlumata görə, tədbir çərçivəsində "Biznes idarəçiliyi" fakültəsinin dekanı Sənan Əliyev müasir dövrdə Azərbaycanda vətəndaş cəmiyyəti institutları və qeyri-kommersiya qurumları üçün təlim proqramlarının və kadr potensialının formalaşdırılmasının əhəmiyyəti barədə çıxış edərək qonaqlara fakültənin inkişaf tarixi, gələcək hədəfləri, tədris prosesi və həyata keçirilən işlər barədə ətraflı məlumat verib.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...