PDF Oxu

Mədəniyyət

  • 1 642

YUNESKO tərəfindən mədəni irsimizə növbəti dəyər

YUNESKO tərəfindən mədəni irsimizə növbəti dəyər

Lahıc misgərlik sənəti YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi

Dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə körpü salan, mədəni əlaqələrin genişlənməsinə töhfələrini verən təşkilat - YUNESKO 70 ildir ki, ali missiyasını reallaşdırır. İnsanların dilindən, dinindən və irqindən asılı olmayaraq əməkdaşlığın genişləndirilməsində, sülh və təhlükəsizliyin möhkəmləndirilməsində müstəsna rola malik olan bir təşkilat kimi əməkdaşlıq baxımından coğrafiyasını genişləndirib. Müasir dövrümüzdə artıq dünya ölkələrini özündə birləşdirmək gücündə olduğundan, 200-ə yaxın dövlətlə əməkdaşlıq edir. Bu dövlətlər sırasında Azərbaycanın da yeri var. Müasir dövrümüzdə YUNESKO Azərbaycan mədəniyyətinin dünyaya çatdırılmasında mühüm vasitəyə çevrilib. Hər bir xalqın özünəməxsus mədəniyyətinin dünyaya çatdırılması üçün mühüm vasitəyə çevrilən YUNESKO Azərbaycan mədəniyyətinin təbliğində, onun həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rola malikdir. Azərbaycan bu mötəbər təşkilatla əlaqələrin inkişaf etdirilməsinə böyük diqqətlə yanaşır. Müasir dövrümüzdə Azərbaycan - YUNESKO münasibətlərinin inkişafında və möhkəmlənməsində Heydər Əliyev Fondunun xüsusi xidmətlərini qeyd etməliyik. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına sadiqliyinə görə bu təşkilatın xoşməramlı səfiri adına layiq görülməsi də bu işlərin məntiqidir. YUNESKO ilə Azərbaycan arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda da bir sıra beynəlxalq tədbirlər keçirilib.

DAHA BİR SƏNƏT NÜMUNƏMİZ MÖHTƏŞƏM SİYAHIDA

Azərbaycan - YUNESKO əlaqələri ildən-ilə daha da genişlənir. Bu, ölkəmiz ilə qurum arasında əlaqələrin möhkəm şəkildə qurulmasını özündə ehtiva edir. Bu münasibətlər yüksək inkişaf səviyyəsindədir. Bir-birinin ardınca Azərbaycanın mənəvi inciləri Dünya Qeyri-Maddi Mədəni İrs Siyahısına salınır. Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin Qeyri-Maddi İrsinin şah əsəri elan olunub, Qobustan Dövlət tarixi-bədii qoruğu Dünya Mədəni İrs Siyahısına daxil edilib. Azərbaycan tarixində ilk dəfə olaraq Şirvanşahlar Sarayı və Qız Qalası daxil olmaqla İçərişəhər Dövlət Tarix Memarlıq Kompleksi YUNESKO-nun "Dünya Mədəni İrs Siyahısı"ndadır. Aşıq sənəti, Azərbaycan xalçası və Novruz bayramı da YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alıb. Daha sonra daha bir sənət nümunəmiz belə möhtəşəm siyahıda yer alıb və tar ifaçılıq sənəti YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahına daxil edilib. Mövcud ənənlərin davamı olaraq daha soqnra Azərbaycanın çövkən oyununun YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması Azərbaycana məxsus Qeyri-Maddi İrsinin növbəti uğuru oldu. Bu günlərdə isə Lahıc misgərlik sənəti YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Məlum olduğu kimi, cari ilin 30 noyabr - 4 dekabr tarixində Namibiya Respublikasının paytaxtı olan Vindhuk şəhərində YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası keçirilir. Sessiya çərçvəsində ölkələr tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahıya daxil edilməsi üçün təqdim olunan nominasiyalara dekabrın 1-də baxılmasına başlanmışdır.

Azərbaycan tərəfindən "Lahıc misgərlik sənəti" nominasiyası təqdim olunmuşdur. Komitənin iclasında bununla bağlı müzakirələrdə qeyd olunmuşdur ki, bu nominasiya faylı Qeyri-maddi mədəni irsin qorunmasına dair Konvensiyanın bütün kriteriyalarına cavab verməklə yanaşı, nümunəvi bir namizədlik faylı kimi gələcəkdə digər ölkələrin öz fayllarını hazırladıqları zaman bundan istifadə edə bilərlər. Lahıc misgərlik sənəti faylının hazırlanması Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə, Mədəniyyət və Turizm Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin və bu sahədə ekspertlərin birgə əməkdaşlığı ilə hazırlanaraq YUNESKO-ya təqdim edilmişdir.

Lahıc misgərlik sənətinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi Azərbaycan xalqının keçmiş dövrlərdən bəri ifadə etdiyi mədəni dəyərlərinə verilən qiymətlə yanaşı, bu sənətin qorunması və gələcək nəsillərə çatdırılması, eyni zamanda, Lahıcda yaşayan əhalinin sosial-iqtisadi rifahının artmasına töhfə verəcəkdir.

KÖÇƏRİ ERMƏNİLƏRİN "KÖÇƏRİ, ƏNƏNƏVİ QRUP RƏQSİ"

Daim milli maddi-mənəvi abidələri ilə diqqət çəkən Azərbaycan öz kökü, tarixi, mədəniyyəti ilə tanınıb. Bu tarix əsrlərin yaddaşını əks etdirir. İki əsrlik tarixində işğalçı Ermənistan Azərbaycan tarixi, mədəniyyəti ilə öz "dövlət"in tanıtmağa çalışsa da saxta əməlləri ilə buna nail ola bilmir. Elə bu günlərdə Ermənistan tərəfindən YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına təqdim edilmiş "Köçəri, ənənəvi qrup rəqsi" nominasiya faylı YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsi tərəfindən qəbul edilmədi. Ermənistan tərəfin təqdim etdiyi "Köçəri, ənənəvi qrup rəqsi" tələb olunan beş kriteriyaya görə mənfi rəy almışdır. Ermənistan nümayəndə heyətinin səylərinə baxmayaraq, Komitə Qiymətləndirmə Orqanının bununla bağlı qərarını dəstəkləmiş və nominasiya faylını Ermənistan tərəfinə geri qaytarılması ilə bağlı qərar qəbul etmişdir.

Komitədə təmsil olunan Azərbaycan nümayəndə heyəti üzv ölkələrin nümayəndələri ilə keçirdiyi görüşlərdə "Köçəri, ənənəvi qrup rəqsinin" Ermənistan tərəfindən milliləşdirilməsinin qəbuledilməz olduğunu ifadə edərək bu məsələ ilə bağlı Qiymətləndirmə Orqanının rəyinin və Komitənin ona uyğun qərarının gələcəkdə Ermənistanın Konvensiyanın tələblərinə riayət etməyə məcbur edəcəyini bildirmişdir.

Ermənistan tərəfindən təqdim edilmiş "Köçəri, ənənəvi qrup rəqsi" tarixi, kökü, mədəniyyəti olmayan bir "xalqın sənət nümunəsinin" qəbuledilməzliyini göstərir. Tarix boyu qaraçılar kimi öz tarixi, məkanı olmayan ermənilərin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməməsi bir daha təsdiq edir ki, köçəri "xalq"ın musiqisi dünya inciləri sırasında yer ala bilməz.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər