PDF Oxu

Mədəniyyət

  • 1 683

Şərq Xalçaları üzrə Beynəlxalq Konfransın (İCOC) İcraiyyə Komitəsinin nümayəndə heyəti Bakıda səfərdədir

Şərq Xalçaları üzrə Beynəlxalq Konfransın (İCOC) İcraiyyə Komitəsinin nümayəndə heyəti Bakıda səfərdədir

Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir. 2010-cu ildə Azərbaycan ənənəvi xalçaçılıq sənəti YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir. Ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Dənizkənarı Milli Parkın ərazisində Azərbaycan Xalça Muzeyi üçün yeni bina inşa edilmiş, muzeydə müasir tələblərə cavab verən bədii tərtibat işləri həyata keçirilmişdir.

Dünya mədəniyyəti içərisində yeri olan Azərbaycan xalçası özünün məxsusi ornamentləri ilə fərqlənən sənət nümünəsidir. Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Xalq sənətlərinin ən geniş yayılmış növü Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş xalça sənətidir. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların, habelə, yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda, yüksək estetik əhəmiyyət kəsb edir.

2017-ci ildə Bakı şəhərində Azərbaycan xalçasına həsr edilmiş 5-ci Beynəlxalq Konqresin keçirilməsi nəzərdə tutulur. Konqresin təşkili ilə bağlı 2015-ci ilin 6-13 dekabr tarixində İCOC-un ali nümayəndə heyəti: Baş Katib-Denis Dodds, Akademik Komitənin sədri Alberto Boralevi, Beynəlxalq Komitənin üzvü Yelena Tsaryova və nazirliyin İtaliyada yaşayan eksperti Əsli Səmədova Bakıda səfərdədirlər.

Səfərin məqsədi 2017-ci ildə Bakıda keçiriləcək Azərbaycan xalçasına həsr edilmiş 5-ci Beynəlxalq Konqres zamanı nümayiş olunacaq muzey və şəxsi kolleksiyalarda qorunub saxlanılan tekstil (xalça, xalça məmulatları, parçalar) nümunələrinin tarixi, bədii-elmi məzmunun və inkişafının öyrənilməsi, keçiriləcək sərgilərin məkanlarının müəyyənləşdirilməsi, həmçinin bu işə cəlb ediləcək yerli ekspertlərlə görüşlərin keçirilməsidir.

Səfər çərçivəsində Yelena Tsaryova tərəfindən Azərbaycan Milli İncəsənət Muzeyində xalçaçılıq sənəti üzrə mütəxəssislər üçün seminar-təlimin keçirilməsi, habelə Denis Dodds və Alberto Boralevi tərəfindən bədii fondları olan muzeylərin əməkdaşları üçün mühazirələrin oxunması nəzərdə tutulmuşdur.

ZÜMRÜD

Digər xəbərlər