PDF Oxu

Mədəniyyət

  • 1 618

"Bizim kino günləri - Audiovizual məkanda peşəkarlıq"" layihəsi uğurla başa çatıb

"Bizim kino günləri - Audiovizual məkanda peşəkarlıq"" layihəsi uğurla başa çatıb

Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının birgə keçirdiyi "Bizim kino günləri-Audiovizual məkanda peşəkarlıq" layihəsi "Azərbaycan həqiqətlərinin beynəlxalq audiovizual məkana inteqrsiyası mövzusu" ilə yekunlaşıb. Layihənin final mərhələsində rejissor Elçin Musaoğlunun "Nabat" filmi nümayiş olunub. Tədbirdə türk filmləri həftəsi çərçivəsində Bakıda səfərdə olan türkiyəli rejissorlar Osman Sınav və Öner Kılıç, ssenarist-yazar Kamuran Tümay Yıldız və digərləri iştirak edirib.

"Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov layihənin əsas məqsədini tamaşaçılarda kinoya marağın artırılması və inkişaf etdirilməsi, gənc peşəkar kinorejissorların cəmiyyətə tanıdılması kimi əhəmiyyətli məram daşıdığını söyləyib. "Azərbaycan həqiqətlərinin beynəlxalq audiovizual məkana inteqrasiyası" mövzusunda fikirlərini bildirən direktor onu da əlavə edib ki, bu gün Azərbaycan kinosu müxtəlif beynəlxalq kino festivallarda təmsil olunur. Bu festivallarda kino dili ilə Dağlıq Qarabağ münaqişəsini dünyaya tanıtmaq ən ümdə məramımızdır.

Sonra "Nabat" filmi nümayiş olunub. Film Dağlıq Qarabağ müharibəsindən bəhs edən, lakin döyüş səhnələrinin olmadığı ekran əsəridir. Filmdə müharibə kadr arxasında gedir, lakin tamaşaçı özünü sanki hadisələrin içində, kinolentin hər kadrında hiss edir.

Nümayişdən sonra kino ictimaiyyəti, media təmsilçiləri və filmin yaradıcı heyətinin iştirakı ilə keçirilən ənənəvi müzakirənin hədəfi "Azərbaycanfilm" kinostudiyasında çəkilən filmlərin beynəlxalq təqdimatı, Dağlıq Qarabağ həqiqətlərinin kino dili ilə dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında kinonun imkanları və ümumilikdə "rejissor və kino" kimi əhəmiyyətli mövzular olub. Rejissor Elçin Musaoğlu bu mövzuda çoxdan film çəkmək istədiyini vurğulayaraq ekran əsərində əsas məqsədinin ANA obrazını ön plana çəkmək olduğunu söylədi, məqsəd sadə bir qadının vətəninə, torpağına, eyni zamanda təbiətə sədaqətini təsvir etmək idi. Filmdə aktyor oyunu, operator işi və filmin musiqisi, eyni zamanda dublyaj mövzusunda maraqlı müzakirələr zamanı diqqətə çatdırıldı ki, filmdə Nabatın zahiri fəryadı əks olunmasa da, güclü qadın obrazının təsir qüvvəsi tamaşaçını filmin mahiyyətini daha dərindən anlamağa sövq edir.

ZÜMRÜD

Digər xəbərlər