PDF Oxu

Mədəniyyət

  • 1 734

Ermənilərin milliləşdirmə cəhdləri

Ermənilərin milliləşdirmə cəhdləri

Türkün ortaq mirası lavaşa sahib çıxmaq istəyi "Gəldim, gördüm, mənimsədim" siyasətinin davamıdır

Ermənilər öz ərazi iddialarını əsaslandırmaq üçün Azərbaycan torpaqlarının həqiqi sakinlərinə məxsus olan maddi və qeyri-maddi mədəni irsin mənimsənilməsi və erməniləşdirilməsi ilə bağlı müxtəlif yollardan istifadə etməyə çalışırlar. Əqli və maddi-mədəni oğurluqlarla, tarixi-coğrafi uydurmalarla, özlərinə yalançı tarix formalaşdırırlar. Dağlıq Qarabağı və ətraf rayonlarımızı bu günə qədər boşaltmayan, beynəlxalq hüquq normalarına riayət etməyən və beynəlxalq strukturların qərarlarına məhəl qoymayan, azğınlaşmış ermənilər Azərbaycanın adət-ənənələrini, tarixi abidlərini, musiqisini, musiqi alətlərini, mətbəxini və digər nümunələrini öz adlarına çıxmağa çalışırlar.

Erməni vandalizmi nəticəsində Azərbaycan xalqının çoxəsrlik tarixini əks etdirən 700-dən artıq tarixi və mədəniyyət abidəsi, o cümlədən 11 dünya əhəmiyyətli abidə dağıdılıb, qarət edilib və yandırılıb. Ermənilər tərəfindən Azərbaycan mədəni irsinin mənimsənilməsinə yol verilməməsi üçün bütün imkanlardan istifadə edilir. Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş ərazilərində törədilmiş vandalizm əməllərinin nəticəsi olaraq evlər talan edilərək dağıdılmış, yandırılmış, taraxi abidələr, xüsusilə qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Maddi-mədəni mədəniyyət abidələrinin dağıdılması ilə bağlı ciddi dəlil-sübutlar, faktlar mövcuddur ki, bu istiqamətdə də Respublika Hərbi Prokurorluğunda cinayət tərkibli işlərə baxılmışdır. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım, deportasiya, işgəncə və digər epizodlar üzrə aparılmış istintaq hərəkətləri nəticəsində sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətmiş 239 banditizm, qəsdən adam öldürmə və digər cinayətlər törətmiş 48 nəfər olmaqla 287 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarları çıxarılmışdır.

Azərbaycanın bir çox milli-mənəvi sərvətlərinə təcavüz edən ermənilər saxta tarix yazmağa cəhd etsələr də sənədlər, daş kitabələr həqiqətlərin arxa plana salınmasına imkan vermir. Erməni terrorçuları Azərbaycanın böyük tarixindən, zəngin keçmişindən qorxur. Buna görə əsrlərdir ki, tariximiz əsasında öz saxta tarixini yaratmağa çalışırlar. Ermənilər tərəfindən milli-mənəvi dəyərlərimizin, sənətimizin oğurlanması artıq "milli adətlərinə" çevrilmişdir. Həqiqi, gerçək yaşanılan tarixlə yazılan tarixə kimsə kölgə sala bilməz.

Azərbaycan xalqının mədəni irsini yüz illər boyu oğurlayan ermənilər "Gəldim, gördüm, mənimsədim" siyasətini "uğurla" davam etdirir. Ermənilər "özünküləşdirmə" siyasətinin mərkəzində duraraq Azərbaycan xalçalarını "milliləşdirməyə" cəhd göstərsələr də, buna nail ola ola bilməyiblər. Azərbaycanın vizit kartına çevrilən dəyərləri öz adlarına çıxaraq dünya dövlətlərində tarixi keçmişlərini təsdiqləmək məqsədi ilə ermənilərə məxsus olduqlarının göstərməyə çalışsalar da, Azərbaycan xalçasının məxsusi elementləri buna rəvac vermədi. Xalçalar üzərindəki təbiətindən tutmuş milli adət-ənənəyə qədər olan elementlər Azərbaycana məxsusluğun ifadəsidir. Bu sənət növü milli xalçamız olaraq YUNESKO-nun şah əsərləri sırasında daxil edilib.

Bu gün isə mətbəxismizə göz dikən ermənilər Azərbaycan lavaşını da öz adların çıxarmaq niyyətindədirlər. 2014-cü il noyabrın 26-da Ermənistan tərəfindən milli mətbəximizin qədim nümunələrindən olan lavaş YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına "erməni çörəyi lavaşın hazırlanması ənənələri" kimi təqdim edilsə də, Azərbaycan tərəfinin etirazları və bununla bağlı həyata keçirilmiş fəaliyyətlər nəticəsində Ermənistanın təxribat cəhdlərinin qarşısı alınıb. Belə ki, YUNESKO Konvensiyasının tələblərinə uyğun olaraq faylın adı dəyişdirilib və bununla da lavaş mətbəx mədəniyyətinin erməni millətinə aid olmadığı, sadəcə, bu mətbəx nümunəsinin Ermənistan ərazisində də mövcud olduğu qəbul edilib. Tarixi dəlillər hər şeyi demiş olur: 1636-cı ildən 1906-cı ilədək 17 erməni lüğət kitabı çıxıb. Bunlardan 6-sı izahlı lüğətdir. Bu lüğətlərdən heç birində lavaş sözü yoxdur. Yalnız iki lüğətdə "lav" sözünə təsadüf olunur ki, bu da yaxşı deməkdir. Erməni alimi Sevartyan öz lüğətində yazır ki, bu çörək türklərdən gəlmədir.

Mütəxəssislərin fikrincə, lavaş təndirdə alova toxunan bizim yeganə çörəyimizdir. Ona görə də ona "alov aş", türkcə isə "yalov aş" demişik. Sonralar "alov" sözünün əvvəlindəki "a" hərfi düşüb və "lavaş" kimi qalıb. Mahmud Kaşğarinin "Divani-lüğəti türk" əsərində, Nizami Gəncəvi, Məhsəti Gəncəvi və Xaqani Şirvaninin əsərlərində, Yusif Balasaqunlunun "Kutatqu bilik" kitabında da lavaş haqqında danışılıb. Odur ki, lavaşın türklərə məxsus çörək olduğunu söyləməyə haqqımız var.

Bölgəmizin ortaq çörəyi olan lavaş türkün ortaq mirasıdır. Çox güman ki, 2016-cı ildə YUNESKO tərəfindən başqa maddi-mənəvi dəyərlərimiz kimi, lavaş türk çörəyi kimi qəbul olunacaq.

ZÜMRÜD

Digər xəbərlər