PDF Oxu

Mədəniyyət

  • 1 238

Opera və Balet Teatrı Belorus Musiqili Teatrına dəvət olunub

Opera və Balet Teatrı Belorus Musiqili Teatrına dəvət olunub

Artıq bir neçə ildir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Belorus Milli Akademik Böyük Opera və Balet Teatrı və Belorus Dövlət Musiqili Teatrı ilə çox sıx əməkdaşlıq əlaqələri davam edir. Bu əlaqələr çərçivəsində vaxtaşırı beloruslu sənətçilər Bakıda, azərbaycanlı sənətçilər isə Minskdə qastrol səfərlərində olur, rejissor və baletmeysterlər yeni tamaşaların quruluşunu həyata keçirir, ustad dərsləri təşkil olunur.

Teatrın mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, bu günlərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına Belorus Musiqili Teatrından növbəti dəvət məktubu daxil olmuşdur. Teatrın quruluşçu baletmeysteri Azərbaycanın xalq artisti Mədinə Əliyeva fevralın ilk günlərində həmin teatrın səhnəsində Q.Şaydulovanın "Kleopatra" baletinin quruluş vermək üçün Minskə dəvət olunmuşdur. Bu, M.Əliyevanın Belorusa ilk səfəri deyildir. O, 2010-cu ildə Belorus Musiqili Teatrında tamaşaya qoyulan Ü.Hacıbəylinin "Arşın mal alan" əsərində rəqslərə quruluş vermiş, 2013-cü ildə isə F.Əmirovun "Min bir gecə" baletinin quruluşçu rejissoru olmuşdur. Azərbaycanlı xoreoqrafın istedad və bacarığını yüksək qiymətləndirən Belorus Musiqili Teatrının rəhbərliyi onu yenidən əməkdaşlığa dəvət etmişlər.

ZÜMRÜD

Digər xəbərlər