PDF Oxu

Mədəniyyət

  • 1 337

Elektron turist vizaları rəsmiləşdiriləcək

Elektron turist vizaları rəsmiləşdiriləcək

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Holiday inn Baku" hotelində elektron turist vizalarının rəsmiləşdirilməsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov, Xarici İşlər Nazirliyinin Viza şöbəsinin müdiri Elmar Qədimov, Dövlət Miqrasiya Xidmətinin informasiya sisteminin baş inspektoru Hüseyn Bədəlov, həmçinin ölkəmizdə gəlmə turizmi sahəsində ixtisaslaşmış və elektron turist vizaları vermək hüququ olan 56 turizm şirkəti iştirak edib.

Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov tədbirin məqsədini açıqlayaraq bildirib ki, ölkəmizdə gəlmə turizminin mövcud vəziyyəti, problem və perespektivləri, elektron viza sisteminin tətbiqinin bu sahənin inkişafına təsirinin müzakirə edilməsidir: "Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli sərəncamına uyğun olaraq 2013-cü ilin 15 mart tarixindən ölkəmizə turizm məqsədilə gələn turistlərə elektron turist vizalarının verilməsi tətbiq edilir. Həmçinin Nazirlər Kabinetinin 29 iyun 2015-ci il tarixli qərarı ilə "Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası" təsdiq edilib. Elektron turist vizalarının verilməsi isiteminin işə düşməsindən sonra Avropadan ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunur. Hal-hazırda elektron vizaların verilməsi ən geci 10 iş günündə həyata keçrilir. Bu müddətin 5 iş gününə kimi azaldılması üçün Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyi birgə Nazirlər Kabinetinə təkliflər göndərib. Bunula bağlı yaxın gələcəkdə qanunvericilikdə dəyişiklik olunacaq". B.Qılıncov elektron viza sistemi fəaliyyətə başladığı gündən bu vaxtadək akkreditasiyadan keçmiş 56 turizm şirkəti tərəfindən 47477 turist üçün elektron vizanın rəsmiləşdirildiyini daqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq, turizm səfərləri və işgüzar əlaqələri təşviq etmək məqsədilə Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşlarına 1 fevral 2016-cı il tarixindən etibarən Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin ediləcək.

Xarici İşlər Nazirliyinin viza şöbəsinin müdiri Elmar Qədimov elektron viza sisteminin fəaliyyətindən danışaraq bu sahədə turizm şirkətlərinə bir sıra tövsiyələrini də verib. Həmçinin qeyd olunub ki, 2015-ci il ərzində turizm şirkətləri tərəfindən 24872 xarici turistə elektron viza verilməsini həyata keçiriblər. Bildirib ki, 10 noyabr 2015-ci il tarixindən etibarən Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına sadələşdirilmiş viza rejimi tətbiq edilib. Həmin vaxtdan bu günə kimi 3 min nəfərdən çox Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı ölkəmizə turist səfəri edib.

Daha sonra turizm şirkətlərinin nümayəndələri üçün elektron vizaların rəsmiləşdirilməsi məsələləri ilə bağlı treninq keçirilib. Elektron viza verlişi zamanı ortaya çıxan problemlər və onların aradan qaldırılması yolları izah olunub. Sonda turizm şirkətlərinin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb..

ZÜMRÜD

Digər xəbərlər