PDF Oxu

Mədəniyyət

  • 1 615

Azərbaycan Konqreslər Bürosu bu ilin ilk İşçi Qrupu iclasını keçirib

Azərbaycan Konqreslər Bürosu bu ilin ilk İşçi Qrupu iclasını keçirib

Ölkəmizin turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən Azərbaycan Konqreslər Bürosu ilk İşçi Qrupu iclasını Bakıda təşkil edib.

Dövlət və özəl sektorun əməkdaşlığı əsasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan büronun bu tədbirində "JW Marriott Absheron Baku" və "Hilton Baku" mehmanxanalarının və həmçinin, "Improtex Travel, Tours & Conferences", "ENC Tours" və "Victory Tour" şirkətlərinin idarə heyətinin üzvləri iştirak edib.

Tədbirin əsas məqsədi məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər və dünya mehmanxana brendləri arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə onların qarşılıqlı əlaqələrinin ahəngləşdirilməsi olub.

İclas iştirakçıları, həmçinin mehmanxanalar və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlər arasında qiymət siyasəti, müqavilə məsələləri, beynəlxalq sərgilərdə iştirak, biznesin inkişafı üzrə yeni və daha səmərəli yollar və s. kimi məsələləri müzakirə edib.

Büro və onun tərəfdaşları gündəmdə olan məsələləri nəzərdən keçirmək, bu sahədə qarşıya çıxan problem və çətinlikləri vaxtında təyin etməklə bu problemlərin həlli yolarını tapmaq məqsədilə 2016-ci ildə hər ay belə iclaslar təşkil etməyə qərar verib.

ZÜMRÜD

Digər xəbərlər