PDF Oxu

Mədəniyyət

  • 1 559

P.İ.Çaykovskinin "Françeska da Rimini" baletinin premyerası keçiriləcək

P.İ.Çaykovskinin "Françeska da Rimini" baletinin premyerası keçiriləcək

Fevralın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2016-cı ilin ilk premyera tamaşası – görkəmli rus bəstəkarı P.İ.Çaykovskinin "Françeska da Rimini" baletinin premyerası keçiriləcək. "Françeska da Rimini" bəstəkarın eyniadlı simfonik poemasının musiqisi əsasında səhnəyə qoyulmuşdur. Opera və Balet Teatrından qəzetimizə verilən məlumata görə, baletin süjet xəttini Dantenin məşhur "İlahi komediya"sı adlı poeması təşkil edir.

Musiqi əsəri ilk dəfə 25 fevral 1877-ci ildə dirijor N.Q.Rubinşteynin idarə etdiyi simfonik orkestr tərəfindən Moskvada, 11mart 1878-ci ildə isə Peterburqda ifa olunmuş və çox böyük uğur qazanmışdı. Xüsusilə də, Peterburqdakı ifa daha müvəffəqiyyətli olmuşdu. Dövrünün məşhur musiqiçi və musiqi tənqidçisi olan K.Y.Davıdov yazırdı:"Françeska" dövrümüzün möhtəşəm və dəyərli əsərlərindən olub, uzun əsrlər boyu yaşayacaqdır".

"Françeska da Rimini" baletində ailəli gənc qadın Françeskanın Paoloya – öz ərinin kiçik qardaşına olan məhəbbəti və onların faciəvi taleyindən bəhs olunur.

Tamaşanın quruluşçu baletmeysteri Pellumb Aqalliyay (Albaniya), musiqi rəhbəri və dirijoru Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rəssam əməkdar mədəniyyət işçisi Yusif Babayevdir.

Tamaşada əsas partiyaları Azərbaycanın əməkdar artisti Nigar İbrahimova (Françeska) və truppanın gənc solistləri Timur Oduşev (Paolo) və Makar Ferştandt (Cotto) ifa edəcəklər.

ZÜMRÜD

Digər xəbərlər