Azərbaycan Dövlət Kukla Teatrında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev "YUĞ" Dövlət Teatrının kollektivi və Kukla Teatrının rəhbər işçilərinin iştirakı ilə toplantı keçirib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.11.2015-ci il tarixli, 358 nömrəli Qərarı ilə dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə torpağın və daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınan ərazidə yerləşən M.A.Əliyev küçəsi (sağ və sol) və M.F.Axundov döngəsi boyunca yolun tikintisi işlərinə başlanılıb. Azərbaycan Dövlət "YUĞ" Teatrının binası yol qovşağının ərazisinə daxil olduğu üçün sökülən binaların siyahısına salınmışdır. Bununla bağlı teatrın kollektivi 2016-cı il fevral ayının 1-dən Azərbaycan Dövlət Kukla Teatrının binasında yerləşdirilmişdir. Kukla Teatrının rəhbərliyi "YUĞ" Teatrının peşəkar səviyyədə tam qüvvəsilə fəaliyyət göstərməsi üçün lazımi şərait yaratmışdır.Tamaşalar Kukla Teatrının əsas və kiçik səhnəsində nümayiş olunacaqdır.
Toplantı zamanı nazir müavini Ə.Vəliyev məsəlinin mahiyyətini bütün təfsilatı ilə kollektiv üzvlərinə açıqlayaraq, yaradıcı heyəti teatrın bundan sonrakı fəaliyyəti ilə bağlı narahat edən və gündəmdə olan suallara cavab verib. Görüş zamanı tamaşaların hazırlanması və istismarı prosesində ortaya çıxacaq bütün məsələlər ətraflı müzakirə olunub. Teatrın kollektivi son vaxtlar onları narahat edən məsələlərə tam aydınlıq gətirildiyi üçün Mədəniyyət və Turizm Nazirliyinə öz minnətdarlıqlarını bildiriblər. "YUĞ" Teatrı tezliklə yeni məkanda tamaşalarını teatrsevərlərə təqdim edəcək.
ZÜMRÜD
Aktyor iki il işsiz qaldı...