PDF Oxu

Mədəniyyət

  • 1 855

Şəki şəhəri 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtıdır

Şəki şəhəri 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtıdır

Bu tarixi şəhərin mədəniyyət paytaxtı seçilməsi ilə əlaqədar tədbirlər planı və loqotip hazırlanıb

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən imzalanan "Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında" 19 yanvar 2016-cı il tarixli Sərəncam xalqımızın zəngin mədəni irsinə verilən yüksək qiymətin növbəti nümunəsi olmuşdur. Bu mühüm sənəd Azərbaycanın çoxəsrlik keçmişə malik şəhərlərindən olan Şəkinin tarixi görünüşünün, onun memarlıq üslubunun qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün möhkəm zəmin yaradır. Son illər ərzində Şəki şəhərində aparılan abadlıq-quruculuq işləri, mühüm infrastruktur layihələrin icrası, tarix-mədəniyyət abidələrinin bərpası istiqamətində görülən ardıcıl tədbirlər Şəkinin turizm potensialının gücləndirilməsi və beynəlxalq səviyyədə tanınmasında böyük rol oynamışdır.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti və TÜRKSOY-un birgə tədbirlər planı hazırlanmışdır. "Mədəniyyət Paytaxtı" çərçivəsində il ərzində Şəkidə müxtəlif beynəlxalq festivalların, sərgilərin, tamaşaların, konsert proqramlarının, təntənəli açılış və bağlanış mərasimlərinin keçirilməsi, çoxsaylı xarici qonaqların qəbul edilməsi planlaşdırılır.

Tədbirlər planı ilə yanaşı, "Şəki 2016-Türk Dünyasının Mədəniyyət Paytaxtı" Loqotipi də hazırlanmışdır. Loqotipdə ölkəmizi və Şəki şəhərini simvolizə edən elementlərdən istifadə edilmişdir.

ZÜMRÜD

Digər xəbərlər