PDF Oxu

Mədəniyyət

  • 1 657

"Bölgələrdən paytaxta" layihəsi çərçivəsində Abşeron rayonunun təqdimatı keçirilib

"Bölgələrdən paytaxta" layihəsi çərçivəsində Abşeron rayonunun təqdimatı keçirilib

Mədəniyyət və Turizm Nazirliyinin 2015-ci ildən icrasına başladığı "Bölgələrdən paytaxta" layihəsi ilə Bakı sakinlərini Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı və mədəni irsi ilə tanış edir. Layihə çərçivəsində bölgələrin adət-ənənələrini, el sənətkarlığını, mətbəxini, sosial-iqtisadi inkişafını, turizm potensialını əks etdirən sərgilər nümayiş etdirilmiş, bədii kollektivlərinin və incəsənət ustalarının konsertləri təşkil olunub.

Ölkəmizin qədim və zəngin mədəniyyətinin geniş təbliğ edilməsinə, regionlararası mübadilənin güclənməsinə əlavə zəmin yaradan "Bölgələrdən paytaxta" layihəsi 2016-cı ildə də davam edəcək.

Layihə çərçivəsində növbəti təqdimat Abşeron rayonuna həsr olunub. Tədbir Abşeron rayon icra hakimiyyətinin dəstəyi, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi və Abşeron rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə fevralın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilib.

Tədbir zamanı teatrın foyesində Abşeron rayonunun tarixi-mədəni irsini, bugünkü inkişafını, sosial-iqtisadi nailiyyətlərini, turizm imkanlarını əks etdirən sərgi nümayiş olunacaq. Rayonda istehsal olunan ərzaq və kənd təsərrüfatı məhsulları, dekorativ-tətbiqi sənət ustalarının əl işləri, yerli mətbəx nümunələri də sərgilənəcək.

Xatırladaq ki, 2015-ci il ərzində "Bölgələrdən paytaxta" layihəsi çərçivəsində Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy, İsmayıllı, Şəmkir, Xaçmaz və Zaqatala rayonlarının Bakı şəhərində təqdimatı keçirilib.

ZÜMRÜD

Digər xəbərlər