Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi QHT-lərlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə Lənkəran şəhərində "Mədəniyyətimizin inkişafında və təbliğində QHT sektorunun rolu" adlı tədbirin keçirilməsi planlaşdırıb.
Zona görüşləri milli mədəniyyətimizin inkişafı və təbliği prosesinə regionlarda fəaliyyət göstərən QHT-lərin potensialından faydalanması üçün lazımi şərait yaradacaq.
Tədbir martın 1-də ətraf rayonlarda fəaliyyət göstərən QHT-lərin nümayəndələrinin iştirakı ilə Lənkəran şəhərində təşkil olunacaqdır. Sözügedən tədbirdə respublikamızın 6 rayonunu (Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara) təmsil edən təqribən 100-ə qədər QHT nümayəndələrinin və mədəniyyət işçilərinin iştirakı nəzərdə tutulmuşdur.
Tədbir zamanı mədəniyyətimizin təbliğində QHT potensialının təhlili, mədəniyyət məsələləri üzrə ixtisaslaşmış QHT-lərə nazirlik tərəfindən göstərilə biləcək dəstək istiqamətləri, birgə əməkdaşlıq imkanlarının araşdırılması, birgə fəaliyyətin çevikliyini təmin etmək üçün regionlar üzrə koordinasiya qruplarının yaradılması, QHT hərəkatının inkişafında gənclərin rolu, rəsmi dövlət qurumlarının QHT-lər ilə işgüzar əməkdaşlıq əlaqələri, eləcə də, Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi mövzusunda müzakirələrin aparılması planlaşdırılıb.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...