Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç IV Qlobal Bakı Forumu ilə əlaqədar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə məktub ünvanlayıb. SİA-nın məlumatına görə, martın 10-11-i Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək IV Qlobal Bakı Forumunda iştirakı planlaşdırılan Mladen İvaniç bu Forumun qlobal əhəmiyyətini diqqətə çatdırıb.
"Böyük problemlərin olduğu bir vaxtda bizi sülh, rifah və ədalət dünyasına bir addım daha yaxın edə biləcək fikir və ideaların mübadiləsi liderlər üçün olduqca zəruridir. Bakı Forumu bu problemləri müzakirə etmək və ən vacibi isə müsbət təşəbbüslər irəli sürmək üçün böyük imkandır"- deyə o bildirib. Mladen İvaniç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirib və qeyd edib ki, Mərkəzin həyata keçirəcəyi önəmli işlərə öz töhfəsini vernməyə hazırdır. O həmçinin, Nizami Gəncəvi irsini təbliğ etmək imkanına sahib olmaqdan şərəf duyduğunu bildirib.
sia.az
Bütün Polşa onun haqqında danışır...