Dünyanın bir sıra ölkələrində Azərbaycanın turizm potensialının tanıdılması və zəngin mədəni irsinin təbliği məqsədilə genişmiqyaslı fəaliyyət həyata keçirməkdədir. Mədəniyyət və Turizm Nazirliyi ölkə turizminin xaricdə təbliği, eləcə də xarici və milli turizm sənayesi nümayəndələri arasında işgüzar münasibətlərin yaradılması və davamlılığının təmin edilməsi məqsədilə beynəlxalq turizm sərgilərində təmsil olunur.
Nazirlikdən "Səs" qəzetinə verilən məlumata istinadən, 2016-cı ilin birinci yarımilliyi ərzində qurumun iştirakilə 13 beynəlxalq turizm sərgisində ölkəmizə məxsus milli stend quraşdırılmışdır. Sərgilərdə nazirliklə yanaşı, 30-dan artıq şirkət də iştiraka cəlb edilmişdir. Bundan əlavə, nazirliyin həmtəşkilatçılığı ilə Azərbaycan Konqreslər Bürosu və Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi tərəfindən bir sıra beynəlxalq sərgilərdə də iştirak təmin edilmişdir. Ötən müddət ərzində Azərbaycanın Bakı şəhərində keçirilən "AİTF", Türkiyənin İstanbul şəhərində keçirilən "EMİTT", İranın Tehran şəhərində keçirilən "HT&T", İtaliyanın Milan şəhərində keçirilən "BİT", Almaniyanın Berlin şəhərində keçirilən "İTB Berlin" və Frankfurt şəhərində keçirilən "İMEX", Rusiyanın Moskva şəhərində keçirilən "MİTT", Çinin Pekin şəhərində keçirilən "COTTM", BƏƏ-nin Dubay Əmirliyində keçirilən "ATM" kimi beynəlxalq turizm sərgilərində iştirak etmişdir.
Qeyd edilməlidir ki, beynəlxalq turizm sərgilərində qurulan stendlərdə turizm sənayesi nümayəndələrinin iştirakı ilə bağlı nümunəvi müqavilə forması tərtib edilmiş və 30-dan çox yerli turizm şirkəti ilə sərgilərdə iştirakla bağlı müqavilə imzalanmışdır.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...