Mədəniyyət və Turizm Nazirliyi ilə dünyanın ən məşhur xəbər kanallarından olan "Euronews" və "CNN" kanalları arasında uğurlu əməkdaşlıq əlaqələri qurulur.
Cari il ərzində "Euronews" kanalında ölkəmizin turizm potensialını əks etdirən reklam çarxlarının nümayişi ilə yanaşı, telekanları "Postcards", "Le Mag" və "Focus" proqramlarında müvafiq media-plan üzrə ölkəmizin turizm potensialına dair xüsusi buraxılışlar nümayiş olunmuş, habelə Euronews.com saytında müvafiq elektron banner kampaniyaları təşkil edilmişdir. Əməkdaşlıq çərçivəsində "Euronews" kanalı tərəfindən "Postcards" proqramının Alov Qüllələrinin arxitekturasına dair xüsusi buraxılışı hazırlanmışdır. Eyni zamanda, 2016-cı ilin 25 – 27 aprel tarixlərində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı "Focus" proqramının xüsusi buraxılışı yayımlanmışdır.
Bundan əlavə, cari il ərzində "Postcards" proqramında "İçərişəhər", "Xınalıqda piyada yürüşü" və ölkəmizin zəngin çay mədəniyyətinə həsr olunmuş proqramlar hazırlanmışdır.
Təkcə Avropa ölkələri deyil, habelə Asiya, Afrika və Amerika qitələri də daxil olmaqla, dünyanın 200-dək ölkəsində 1 milyard nəfərədək auditoriyaya malik olan "Euronews" və "CNN" kanalları aparıcı beynəlxalq xəbər kanallarından hesab edilir.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...