Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Mədəniyyət və Turizm Nazirliyi və AMEA-nın birgə tədbirləri nəticəsində Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə aid arxeoloji əhəmiyyət kəsb edən 385 ədəd maddi-mədəniyyət nümunəsi Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib. SİA-nın xəbərinə görə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssislərinin ilkin rəyinə əsasən, həmin maddi-mədəniyyət nümunələri, o cümlədən əksəriyyəti daş dövrünün müxtəlif mərhələlərinə və ilk orta əsrlər dövrünə aid olan tuncdan və dəmirdən hazırlanmış döyüş silahları, təsərrüfat təyinatlı saxsı qablar və onların qalıqları, daş əmək alətləri, qadın bəzək əşyaları, gümüş sikkələr tarixi əhəmiyyətə malikdir və onların arxeoloji tədqiqatına ehtiyac var. Bu tapıntılar öyrənildikdən sonra muzeylərdə nümayiş etdiriləcəkdir.
sia.az
60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…
Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...
Çulpan Xamatova 14 yaşında “şüuraltı” vəftizindən danışıb və tatar dilində danışmadığını etiraf edib