PDF Oxu

Mədəniyyət

  • 4 978

V Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub

V Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə reallaşan V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub. SİA-nın məlumatına görə, Bakı İdman Sarayında keçirilən sərgi-yarmarkada 150-dən çox yerli, 40 xarici olmaqla ümumilikdə 40 ölkəni təmsil edən kitabxana, çap və poliqrafiya müəssisələri, o cümlədən çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edir.Açılışda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Bakıda keçirilən builki kitab sərgi-yarmarkasına böyük marağın olduğunu bildirib: "Son vaxtlar Azərbaycanda mütəmadi olaraq beynəlxalq tədbirlərin keçirilməsini yüksək qiymətləndirən nazir belə tədbirlərin beynəlxalq ictimaiyyət tərəfindən də rəğbətlə qarşılanır. Üç gün davam edəcək sərgi çərçivəsində bir sıra kitab təqdimatlarının, “dəyirmi masalar”ın, müzakirələr aparılacaq. Son illər yeni, latın qrafikalı nəşrlər hesabına kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli iş görülür. Bu işlər Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamına və dünya ədəbiyyatının Azərbaycan dilində çap edilməsi haqqında verdiyi müvafiq Sərəncama uyğun olaraq reallaşdırılır".Ə. Qarayev Azərbaycanda poliqrafiya sənətinin inkişafından da söz açıb: "Ölkəmiz hər il beynəlxalq kitab sərgi-yarmarkalarında təmsil olunur və kitablarımız beynəlxalq sərgilərdə ən yüksək mükafatlara layiq görülür. Beynəlxalq kitab sərgilərinə təqdim olunan məhsullar arasında həm dövlət, həm özəl nəşriyyatların, həm də Heydər Əliyev Fondunun nəşrləri yer alır. Heydər Əliyev Fondu tərəfindən bir sıra kitabların çap edilməsi xüsusi əhəmiyyət daşıyır".Azərbaycanda son vaxtlar vahid elektron kitabxana sistemi adlandıran ALISA-nın tətbiqinə başlanılacağını qeyd edən nazir, sərgi çərçivəsində bu sistemin təqdimatının olacağını da diqqətə çatdırıb.Əbülfəs Qarayev kitab nəşriyyatı sahəsinin hər zaman dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb: "Əsas məqsəd kitab nəşri sahəsində ən müasir texnologiyaların ölkəmizə gətirilməsinə nail olmaq , kitabın təbliği və yayılması, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatların işıq üzü görməsinə yönəlmiş qərar və göstərişlərin vaxtında icrasını təmin etmək, gənc nəslin kitaba maraq və sevgisini daha da artırmaq, Azərbaycan oxucusunu dünyanın aparıcı nəşriyyatlarının məhsulları ilə tanış etməkdir".Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev sərgi ilə bağlı təəssüratlarını bölüşüb: "Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq bir ənənə halını alıb. Sərginin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirirəm. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində beynəlxalq kitab sərgiləri, eyni zamanda, digər beynəlxalq tədbirlər ölkəmizdə yüksək səviyyədə keçirilir. Gələcəkdə bu yöndə daha da böyük işlər görüləcək. İştirakçılar builki yarmarkada da sərgilənən kitablar vasitəsilə Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı və bugünkü inkişaf səviyyəsi haqqında dolğun məlumat əldə edə biləcəklər".Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.Qeyd edək ki, sərgi sentyabrın 30-dək davam edəcək.

sia.az

Digər xəbərlər