Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin “Turizm həftəsi” layihəsi çərçivəsində “Ümid” uşaq sığınacağının sakinləri üçün 3D formatında çəkilmiş ABŞ istehsalı olan “Leqo Nindzyaqo” animasiya filmi nümayiş olunub. SİA-nın məlumatına görə, Nizami Kino Mərkəzində təqdim edilən ekran əsəri uşaqlar tərəfindən maraqla qarşılanıb.Qeyd edək ki, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və Nizami Kino Mərkəzinin əməkdaşları bu nümayişi təmənnasız təşkil edib.
sia.az
Bütün Polşa onun haqqında danışır...