PDF Oxu

Mədəniyyət

  • 4 820

Gəncədə festival təşkil olunacaq

Gəncədə festival təşkil olunacaq

3 noyabr 2017-ci il tarixlərində Gəncə şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin, Bakı Yunus Emre İnstitutunun, Türkiyə Cümhuriyyətinin Gəncə Başkonsulluğu və Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə IV “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçiriləcək. SİA-nın məlumatına görə, memorandum çərçivəsində keçiriləcək birgə layihənin məqsədi türk dünyasının qeyri-maddi mədəni irs nümunələrinin ayrılmaz tərkib hissəsi olan ənənəvi uşaq oyunlarının həm əyləncə, həm də yarış formatında keçirilməsi, onların gələcək nəsillərə çatdırılması, eyni oyunlarla böyüyərək müxtəlif coğrafiyada yaşayan uşaqlar arasında dostluq əlaqələrinin genişlənməsinə, məktəblilərin yaradıcılıq qabiliyyətlərinin inkişafına və milli adətlərin dəstəklənməsinə xidmət edəcək.Xatırladaq ki, Metodiki Mərkəz və Bakı Yunus Emre İnstitutu 28 iyul 2017-ci il tarixində İvanovka kendində keçirilən Mədəniyyət Mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlərin I Beynəlxalq Elmi-praktiki Seminarın çərçivəsində Əməkdaşlıq Memorandumu imzalayaraq birgə layihələr və müxtəlif təlimlər keçirilməsində rəsmi tərəfdaş qurumları olmuşlar.Qeyd edək ki, bundan öncə Qazaxıstanın Almatı, Astana, Türkiyənin Eskişəhir şəhərlərində təşkil olunmuş festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, İraq Respublikalarından 64 nəfər 12 yaşlı uşaqları, Gəncə, Şəmkir, Ağstafa Regional Mədəniyyət və Turizm İdarələrinin tərkibində fəaliyyət göstərən Uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iştirak edəcəklər.

sia.az

Digər xəbərlər