PDF Oxu

Mədəniyyət

  • 8 857

Həsən Seyidbəylinin doğum günüdür

image

Milli Azərbaycan kinosunun inkişafında xüsusi yeri və çəkisi olan, öz adını uğurlu filmləri ilə Azərbaycan kino salnaməsinə qızıl hərflərlə yazdıran kinorejissor, ssenarist, xalq artisti Həsən Seyidbəylinin doğum günüdür.Həsən Mehdi oğlu Seyidbəyli 22 dekabr 1920-ci ildə anadan olub.Həsən Seyidbəyli 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda.1943-1951-ci illərdə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakultəsində təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında kinorejissor, 1963-1980-cı illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləyib. “İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar” adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulmuşdur. “Telefonçu qız”, povesti “Cəbhədən-cəbhəyə”, “Tərsanə”, “Çiçək”, romanları, “Dəniz cəsurları sevir”, Sən nə üçün susursan” (Hər ikisi İ Qasımovla birgə) pyeslərin “Uzaq sahillərdə” (İ. Qasımovla birgə) romanların müəllifidir. Filmləri Ümumittifaq Kino festivallarında mükafat və diplomlara layiq görülüb. “Bizim Cəbiş müəllim”, “Nəsimi”, “Qızmar günəş altında”, “ Oqızı tapın”, Yolda əhvalat”, “Sən niyə susursan?, “Uzaq sahillərdə” (İ. Qasımovla birlikdə) və neçə-neçə gözəl filmlərin rejissoru və ssenari müəllifidir.O, 1976-cı ildə Azərbaycan SSR xalq artisti mükafatına layiq görülüb.Görkəmli sənətkar 25 iyun 1980-cıi ildə 59 yaşında vəfat edib.

sia.az

Digər xəbərlər