PDF Oxu

Mədəniyyət

  • 5 372

“Həmrəyliyimiz birliyimizdir”- devizi ilə yarmarka keçiriləcək

“Həmrəyliyimiz birliyimizdir”- devizi ilə yarmarka keçiriləcək

Yanvarın 1-də Astara şəhərindəki park-bulvarda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Həmrəyliyimiz birliyimizdir” devizi ilə ikinci kitab və qəzet yarmarkası keçiriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Kitab və qəzet” yarmarkasının keçirilməsinin məqsədi əhalini maarifləndirmək, onlarda kitaba, qəzetə marağı artırmaq, milli mənəvi dəyərlərimizi, tariximizi qoruyub saxlayan kitablarımızı, qəzetlərimizi yaşatmaq, gənclərimizi oxumağa həvəsləndirmək və ehtiyacı olan şəhid ailələrinə kömək etməkdir.Tədbir iştirakçıları yarmarkada müxtəlif məzmunlu nəşrləri - dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini, elmi, texniki, tibbi və müxtəlif sahələrdəki kitabları, həmçinin “Astara” qəzetinin Yeni il buraxılışını və qəzetin əvvəlki nömrələrini əldə etmək imkanı qazanacaqlar.

AZƏRTAC

Digər xəbərlər