PDF Oxu

Mədəniyyət

  • 5 579

Qara Qarayev -100 il

Qara Qarayev -100 il

Mingəçevir Turizm Kollecinin təsviri incəsənət sahəsinə böyük marağı olan və bu cəhətdən qabiliyyətləri ilə seçilən tələbələri daima ictimai tədbirlərdə öz fəallıqları ilə seçilirlər.SİA-nın məlumatına görə, onlar görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyi münasibəti ilə keçirilən yubiley tədbirlərinə böyük coşğu ilə qoşulublar. Kollecdə təşkil edilmiş “Qara Qarayev yaradıcılığı rəssam tələbələrin fırçasında” adlı rəsm sərgisində istedadlı tələbələrin əl işləri nümayiş etdirilir.Təsviri sənət müəllimi Aygün Hümbətovanın təşəbbüsü ilə hazırlanan sərginin işi fevralın 2-dək davam edəcək. Həmin müddətdə kollecin müəllimləri və tələbələri həmçinin tədris müəssisəsinin qonaqları sərgidə nümayiş etdirilən rəsm işləri ilə tanış ola bilirlər. Sərgi ilk gündən kollektiv üzvlərinin ciddi maraq və diqqətinə səbəb olub.Görkəmli bəstəkarın 100 illiyi ilə bağlı keçirilən yubiley tədbirləri çərçivəsində daha bit təşəbbüs kolecin ədəbiyyat müəllimləri tərəfindən irəli sürülüb. Yanvarın əvvəllərindən başlayaraq kollecdə “Qara Qarayev bəstəkarlıq məktəbinin banisidir” mövzusunda inşa müsabiqəsi keçirilir. Müsabiqəyə bütün tədris qruplarının tələbələri qoşulublar. İnşa müsabiqəsi yanvarın sonunadək davam edəcək. Müsabiqədə ilk üç yeri tutan tələbələr həvəsləndirici mükafatlarla təltif olunacaq.

sia.az

Digər xəbərlər