PDF Oxu

Mədəniyyət

  • 5 396

“M.Ə.Rəsulzadənin yaradıcılığında milli mənəvi dəyərlərə baxış” SEMİNAR

“M.Ə.Rəsulzadənin yaradıcılığında milli mənəvi dəyərlərə baxış” SEMİNAR

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamına müvafiq olaraq 26 yanvar 2018-ci ildə AMEA Milli Azərbaycan Tarixi Muzeyində “M.Ə.Rəsulzadənin yaradıcılığında milli mənəvi dəyərlərə baxış” mövzusunda seminar keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən məruzəçilər - Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun məsləhətçisi Sevinc Babayeva, 2 saylı texniki humanitar elmlər liseyinin müəllimi Sevil Nəsibova, muzeyin elmi işçiləri - Əli Fərhadov və Fuad Ağayev 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi münasibətilə seminar iştirakçılarını təbrik edərək AXC tarixi, yeni faktlar barədə məlumat verib, qeyd edilən tədbirin gənc nəslin mənəvi formalaşmasında mühüm rolundan danışıblar.Tədbirə müvafiq tərtib olunan elektron slayd izləyicilərdə maraq yaradıb.

sia.az

Digər xəbərlər