PDF Oxu

Mədəniyyət

  • 6 181

Türkiyə ilə Azərbaycan arasında “Qardaş məktəb” layihəsi

Türkiyə ilə Azərbaycan arasında “Qardaş məktəb” layihəsi

Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasında Türkiyədən gəlmiş məktəblilərin konserti olacaq. Konsert İncəsənət Gimnaziyası ilə Bursa Zeki Müren İncəsənət Liseyi arasında “qardaş məktəb” layihəsi çərçivəsində keçiriləcək. İki ölkə arasında təhsil sahəsində imzalanmış əməkdaşlıq protokoluna uyğun olaraq sözügedən təhsil ocaqları arasında şagird mübadiləsi, qarşılıqlı səfərlər, birgə sərgilərin, konsertlərin təşkili və digər tədbirlər nəzərdə tutulur.Türkiyənin Azərbaycandakı səfirliyindən SİA-ya bildirilib ki, layihə çərçivəsində İncəsənət Gimnaziyasının dəvəti ilə Bursa İncəsənət Liseyindən 15 nəfərlik nümayəndə heyəti Bakıya gəlib. Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Siyavuş Kəriminin rəhbərliyi ilə baş tutacaq tədbirdə iki ölkədən rəsmi şəxslər, məktəb direktorları və görkəmli mədəniyyət xadimləri iştirak edəcəklər.Qeyd edək ki, “Qardaş məktəb” layihəsi Azərbaycan və Türkiyənin təhsil nazirliklərinin dəstəyi ilə həyata keçirilir.

sia.az

Digər xəbərlər