Ordubad Rayon Mədəniyyət Evində Kazım Ziya adına Rayon Xalq Teatrının görkəmli maarifpərvər yazıçı və dramaturq, etnoqraf Rəşid bəy Əfəndiyevin “Tiflis səfəri” ikihissəli məzhəkəsi əsasında hazırladığı tamaşanın premyerası olub. Xəbər verilir ki, “Tiflis səfəri” məişət lətifələri üzərində qurulmuş bir məzhəkədir. Tamaşanın rejissoru Günəş Ağayeva, musiqi tərtibatçısı Qasım Rəsulov, rəssamı Hikmət Əliyevdir.Qeyd edək ki, bu tamaşa dramaturqun xalq teatrında səhnəyə qoyulan ikinci əsəridir.Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov kollektivi yeni tamaşa münasibətilə təbrik edib və onlara yaradıcılıq uğurları arzulayıblar.
sia.az