Martın 1-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar “1 mart - Ümumdünya Mülki Müdafiə Günüdür” adlı kitab sərgisi açılıb.Kitabxanadan SİA-ya verilən məlumata görə, sərgidə Azərbaycan və rus dilində mülki müdafiə ilə bağlı kitablar sərgilənib.Xatırladaq ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Məclisinin qərarı ilə hər il martın 1-i Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.
sia.az