Azərbaycan Respublikasının Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”-nin icrası ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm və qonaqpərvərlik” fakültəsinin təşkilatçılığı ilə “Azərbaycanda müalicə turizminin inkişaf istiqamətləri” mövzusunda dəyirmi masa keçirilib.SİA-nın məlumatına görə, dəyirmi masada “Millenium” turizm şirkətinin direktoru, “Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyi”-nin sədri Ruslan Quliyev, “Astoria” otelinin baş direktoru Salih Moral, “Turizm və qonaqpərvərlik” fakültəsinin, “Mehmanxana və restoran biznesi” kafedrasının əməkdaşları və tələbələr iştirak edib.Universitetin adıçəkilən fakültəsinin dekanı, coğrafiya üzrə fəlsəfə doktoru, dos.Rəhman Səfərov tədbir iştirakçılarını salamladıqdan sonra müalicə turizminin fərqli xüsusiyyətləri və perspektiv imkanları barədə danışıb. “Millenium” turizm şirkətinin direktoru, “Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyi”-nin sədri Ruslan Quliyev müalicə turizminin uzunmüddət həyata keçirilməsinin üstünlüyündən danışaraq, mövzunun aktuallığını diqqətə çatdırıb. 2017-ci ildə qəbul edilən Alman deklarasiyasında sağlamlıq turizminə dair səkkiz seqmentin təsbiti, eyni zamanda Azərbaycanın Naftalan, Duzdağ kimi möcüzəvi müalicə ehtiyatları barədə ətraflı məlumat verib.“Astoria” otelinin baş direktoru Salih Moral Azərbaycanda turizm sənayesinin geniş perspektivlərə söykəndiyini tələbələrə xatırladıb və seçdikləri ixtisas sahəsində uğur qazanmalarını arzulayıb.ATMU-nun “Mehmanxana və restoran biznesi” kafedrasının müdiri Novruz Quliyev, müəllim Ədalət Musəvi isə qeyd ediblər ki, bütün turizm növlərinin əslində sağlamlıq turizmi ilə birbaşa əlaqəsi var.Yadda saxlayın ki, bu faktor çox önəmlidir.Ali təhsil müəssisəsinin dekanı R.Səfərov tədbirə dəstək verdiklərinə və fəal iştiraklarına görə qonaqlara, universitetin müvafiq fakültə və kafedrasında çalışan professor-müəllim,tələbə heyətinə təşəkkürünü bildirib.
sia.az
Bütün Polşa onun haqqında danışır...