28 iyul 2018-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondu və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın Ağ Şəhər Bulvarında “Xəzərin Sahilində – 2018” festivalının növbəti həftəsi baş tutub. SİA-nın verdiyi məlumata görə, axşam saat 20:00-dən 23:00-dək davam edən festivalın musiqili hissəsində “Ahmedowsky trio” qrupu öz şən və maraqlı ifası ilə iştirakçıların daha da əyləncli bir axşam keçirməsinə səbəb olub.Qeyd edək ki, 14 iyul – 1 sentyabr tarixləri arasında hər həftənin şənbə günü, saat 20:00–dən 23:00- dək Ağ Şəhər Bulvarında festivala qoşulub isti yay günlərində iş həftəsinin yorğunluğunu ata bilərsiniz. Festival ərazisində iştirakçılara piknik etməyə, gənclərin müxrəlif oyunlar, və yarışlar keçirməsinə şərait yaradılır.Festivala giriş ödənişsizdir.
sia.az
Məşhur latviyalı müğənni sualı verdi.
Rahul Mişra özünün "Devi: The Eternal Muse" adlı kutür kolleksiyasını təqdim etdi...
Penelope Kruz, Xavyer Bardem ilə 16 illik evliliyi haqqında...