Bu il iyulun 1-nə Azərbaycanda qazlaşdırma səviyyəsi 96,34 % təşkil edib. Bu barədə SİA Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə hesabatına istinadən xəbər verir.Sənədə əsasən, bu, yanvarın 1-i ilə müqayisədə 0,05 faiz bəndi çoxdur."SOCAR 2014-2018-ci illəri əhatə edən I qazlaşdırma proqramını tamamladıqdan sonra prosesi yeni “Regionların 2019-2023-cü illər üçün sosial-iqtisadi inkişafı dövlət proqramı” çərçivəsində davam etdirir. Şirkət rəhbərliyi hesab edir ki, ölkədə qalan qazlaşdırma işləri ilə bağlı xərclərin maliyyələşdirilməsini dövlət kapitala yatırımlar vasitəsilə davam etdiləcək", - deyə hesabatda qeyd olunub.
Rusiyada təxminən 1,5 milyon işçi çatışmazlığı var...
Onlar qida, dərman, geyim və ayaqqabı xərclərini azaldıblar...
Son günlərdə bir neçə qaz daşıyıcısı Hörmüz boğazından uğurla keçib...