PDF Oxu

İqtisadiyyat

  • 4 877

“Azərbaycanda innovasiya siyasətinin qurulması” qrant layihəsinin bağlanış tədbiri keçirilib

“Azərbaycanda innovasiya siyasətinin qurulması” qrant layihəsinin bağlanış tədbiri keçirilib

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında “Azərbaycanda innovasiya siyasətinin qurulması” qrant layihəsinin bağlanış tədbiri keçirilib. Nazirlikdən SİA-ya bildirilib ki, tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva, Koreyanın Azərbaycandakı səfiri Li İn-Yonq, KOICA-nın Azərbaycandakı nümayəndəliyinin ölkə üzrə direktoru Hvanq Sulim və digər qonaqlar iştirak ediblər.2021-ci ildə başlanan layihənin məqsədi İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi üçün innovasiya üzrə master planın yaradılması, Azərbaycanın innovasiya siyasətinin və icra prosesinin səmərəliliyinin artırılması, davamlı innovasiya sisteminin yaradılması üzrə potensialının gücləndirilməsidir. Koreya Hökuməti bu məqsədlərə nail olmaq üçün 2.000.000 ABŞ dolları qrant yardımı ayırıb.Layihənin bütün müddəti ərzində Azərbaycanda İnnovasiya Siyasətinin Baş Planının yaradılması, SAP (Startup Acceleration Program) və TTT (Train the Trainer) proqramlarının həyata keçirilməsi və Potensialın Gücləndirilməsi Proqramı da daxil olmaqla, mühüm mərhələlər ica olunub.Samir Məmmədov çıxışında iki ölkə arasındakı əməkdaşlıq, layihə çərçivəsində görülmüş işlər və Azərbaycanda indiyədək innovasiya sahəsində əldə edilən naliyyətlər barədə məlumat verib.“Biz KOICA ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında birgə səylərdən qürur duyuruq. Bu layihə Azərbaycanda gələcək innovasiyalar üçün güclü zəmin yaradıb”, - deyə səfir Li İn-Yonq qeyd edib.Bağlanış mərasimində Azərbaycanda innovasiyaların inkişafı sahəsində layihə çərçivəsində son iki ildə əldə edilən nailiyyətlər və irəliləyişlər vurğulanıb, layihənin nəticələrinə dair yekun hesabat təqdim olunub.

Digər xəbərlər

Ruslar üçün inflyasiya qumbarası...
Ruslar üçün inflyasiya qumbarası...

“Seçkilərdən” sonra Rusiya hakimiyyəti ailə büdcələrinə zərbə vurdu...

Avropa Mərkəzi Bankının rəhbəri Putinə güclü bir mesaj çatdırdı
Avropa Mərkəzi Bankının rəhbəri Putinə güclü bir mesaj çatdırdı

Kristin Laqard Rusiya maliyyə nazirinə Ukraynadakı müharibə ilə bağlı fikirlərini bildirdi...

“Rosatom” Qazaxıstanda müqavilələrini itirir
“Rosatom” Qazaxıstanda müqavilələrini itirir

Rusiya qurumları ilə əməkdaşlıq çox riskli hala gəldi...

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb
Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb

Ukraynanın yeraltı anbarlarında qaz ehtiyatları 16 milyard kubmetrə çatıb...