"Barselona"nın yarımmüdafiəçisi Dani Olmo təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı futbolçu Çempionlar Liqasının 3-cü turunda PSJ ilə matçda (2:4) zədələnib. Müayinə zamanı onun sol ayağının adduktor əzələsində zədə aşkarlanıb. O, rəqiblə toqquşma zamanı xəsarət alıb. Ulduz futbolçunun Madrid "Real"ı ilə derbi matçında meydanda olmayacağı qeyd edilir.
Mətləb