Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 60,4 milyard manat olub. Bu barədə SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə qiymətlərlə 4,6 % çoxdur.Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,5 % artaraq 58 milyard manata bərabər olub, onun 45,9 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 592,3 manat və yaxud 1 il əvvələ nisbətən nominal ifadədə 31,6 manat çox vəsait xərcləyib.
Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...
Bir mədən dünya rekordu qıra bilər...
Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?
Ekspert 1998-ci il defoltundan daha pis bir böhran proqnozlaşdırdı...
Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...