“2025-ci ilin büdcə zərfində makroiqtisadi sabitlik, davamlı iqtisadi artım və büdcə dayanıqlığı, iqtisadi siyasətin prinsipləri və əsas hədəfləri müəyyən edilir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Samir Heydərov deyib.
Samir Heydərov sözlərinə belə davam edib: “Rifaha və iqtisadi artıma yönəldilmiş xərclər bir-birini tamamlayır və günün reallığlarına cavab verir. Ölkənin strateji valyuta ehtiyatları 73 milyard dollar təşkil edir. 2024-cü ilin on ayında müşahidə olunan müsbət makroiqtisadi meyillər 2025-ci il üzrə proqnozlar üçün pozitiv əsaslar yaradır. Proqnozlara növbəti ildə ümumi daxili məhsul 3.5 faiz, qeyri neft ümumi daxili məhsulu 4.9 faiz artacaq.ÜDM -də qeyri-neft qaz sektorunun payının 68 fizdən 71.3 faizə çatacağı gözlənilir. Adambaşına ÜDM-in 2025 ci -ildə 7412 ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır. İnflyasiyanın səviyyəsi 4.6 faiz nəzərdə tutulur.Qeyd olunub, dövlət büdcəsinin gəlirləri 38.3 milyard manat, xərcləri 41.4 milyard manat kəsiri isə 3 milyard 52 milyon manat proqnozlaşdırılır. Büdcə gəlirlərinin 49 faizi neft, 51 faizi isə qeyri-neft gəlirlərinin hesabına formalaşacaq. Gəlirlərin 15.5 milyard manatı Dövlət Vergi Xidmətinin, 14.5 milyard manatı Dövlət Neft Fondunun transverlərinin, 6.6 milyard manatı Dövlət Gömrük Komitəsinin, 840 milyon manatı büdcə təşkilatlarının daxilolmalarının, 895 milyon manatı digər gəlirlərin payına düşür.
2025-ci ilin dövlət büdcəsi xərclərinin 60.1 faizi cari xərclər, 34.1 faizi əsaslı xərclər, 5.8 faizini dövlət borcuna xidmətlə bağlı xərclər təşkil edir.Sosiyal yönümlü xərclərin 8.8 faiz artrılaraq 16.9 milyard manata çatması və dövlət büdcə xərclərinin 41 faizini təşkil etməsi sosial siyasətin prioritetliyini ifadə edir. İqtisadi strategiyanın icrası üçün 2.5 milyard manat vəsait nəzərdə tutulub. Post müharibə və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri əsas prioritetlərdəndir. Növbəti illin dövlət büdcə layihəsində bu məqsədlər üçün 4 milyard manat nəzərdə tutulur. 2025- ci ilin dövlət büdcəsi layihəsində neftin 1 barelinin qiyməti 70 dollar götürülmüşdür. 2025- ci ilin büdcə zərfinə əsasən Dövlət Neft Fondundan transfertlər artrılaraq təqribən 14.5 milyard manat nəzərdə tutulur.Onu da qeyd etməliyəm ki, müdafiə və milli təhlükəsizliyin maliyyələşdrilməsinə 8.4 milyard manat nəzərdə tutulur ki, bu da keçən illə müqayisədə 17.8 faiz çoxdur. Büdcənin xərclərinin 20.3 faizini hərbi xərclər təşkil etdiyi halda sosialyönümlü xərclər 41 faiz, iqtisdi fəaliyyətlə bağlı xərclər 21 faiz təşkil edir. Təhsil xərcləri 4.9 milyard manat proqnozlaşdrılır və bu 2024-cü illə müqayisədə 8.7 faiz çoxdur. Səhiyyə xərclərinə dövlət büdcəsində təxminən 2 milyard manat ayrılır ki, 2024-cü illə müqayisədə 7.1 faiz çoxdur. Bu vəsaitin 63.4 faizi dövlətin əhalinin icbari tibbi sığortalanması ilə bağlı xərclərin payına düşür.Layihəyə əsasən əhalinin sosial demoqrafik qrupları üzrə yaşayış minimum məbləği 2025-ci il üçün ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilir.Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsinin gəlir və xərcləri cari illə müqayisədə 10.5 faiz, İşsizlikdən Sığorta Fondunun növbəti il büdcəsinin gəlir və xərcləri isə cari illə müqayisədə 9.5 faiz çoxdur”.
Ayşən Vəli