PDF Oxu

İqtisadiyyat

  • 3 789

Sürücülərə xəbərdarlıq edildi XƏBƏR

image

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Müraciətdə bildirilib ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən fevralın 5-dən 8-dək havanın dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Qeyd olunub ki, Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalının artacağını nəzərə alaraq, sürücülərdən zəruri ehtiyat tədbirləri görməyi, mövsümə uyğun təchiz edilməmiş, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, səfərləri mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edirik.

"Qarlı, buzlu yollarda sürüşmə ehtimalını nəzərə alaraq, piyadalara da ehtiyatlı olmaq, yolun hərəkət hissəsinə çıxmamaq, təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur", - məlumatda vurğulanıb.

Digər xəbərlər

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...

İki fərqli şəkil...

Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?

İqtisadçı: Rusiyanın altı ayı qalıb...

Ekspert 1998-ci il defoltundan daha pis bir böhran proqnozlaşdırdı...

Payız inflyasiyası rusiyalılara ağır zərbə vura bilər...

Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...