"Ətraf mühitin qorunması üzrə cavabdeh qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Nazirliyin müfaviq qurumları bu istiqamətdə ölkə üzrə öz fəaliyyətlərini həyata keçirir. Həmçinin Nazirliyin regional idaraləri meşələrin qorunması, torpağın, suyun, havanın çirklənməsinin qarşısını almaq üçün tədbirlər, həmçinin qalıcı monitorinq işləri həyata keçirir. Eyni zamanda ətraf mühitin inkişaf etməsi üçün hər il milyonlarla ağac əkilir. Nəsli kəsilməkdə olan, xüsusilə ceyran və balıq növləri reintroduksiya olunaraq ekosistemə buraxılır. Bu barədə ətraflı nazirliyin saytında yerləşdirilib, bununla yanaşı qeyri-hökümət və müvafiq qurumlar məsələ iolə bağlı maarifləndirici tədbirlər görür". Bu sözləri ETSN yanında ictimai şuranın sədri Amin Məmmədov SİA-ya açıqlamasında deyib.Onun sözlərinə görə, Azərbaycanda 1848-ci ildə ilk dəfə Bibiheybətdə buruq üsuli ilə neft quyusu qazılıb: "Həmin dövrdən etibarən XIX əsrin sonu XX əsrin əvvəllərində neft hasilatının başlanması, həmçinin xaricdən “Nobel qardaşları”-nın və digər şirkətlərin Azərbaycana gəlməsi "qara qızıl"a marağın artmasına səbəb olub, eyni zamanda çar Rusiyasının da həmin dövrdə burada çox böyük rolu olmuşdur. Həmçinin yerli neft mesenatlarının - Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev kimi şəxslərin sərvət əldə etməsi Azərbaycanın ümumi həyatında öz töhfəsini verməsinə gətirib çıxardı. Quruda neft hasilatı Sovet dövründə də davam etdi, nəticədə Abşeron yarımadasında minlərlə hektar ərazilərdə neft hasilatı nəticəsində torpaqlar çirkləndi. İndiyə kimi həmin ərazilər Dövlət Neft şirkətinin balansında qalır və onların təmizlənməsi üçün 100 milyonlarla vəsait tələb edir. Neft hasilatının ekoloji təsirləri quruda olan hadisələrə aid idi. Lakin sonradadan dənizdə də neft buruqlarının kəşf olundu. Hal-hazırki dövrdə də dəniz vasitəsilə neft hasilatı işləri gedir və hasil olunan neft əsas boru kəməri ilə xaricə ixrac olunur. İndiki dövrdə yeni texnologiyalar imkan verir ki, dənizdə neft sızmalarının qarşısı alınsın. Bu baxımdan ciddi şəkildə tələblər tətbiq edilir və dənizdə neft sızmasının qarşısını almaq üçün bütün lazımı tədbirlər görülür. İstər xarici, istərsə də yerli Dövlət Neft şirkəti və onun törəmə şirkətləri tərəfindən bütün tədbirlər həyata keçirilir. Eyni zamanda neftdən əldə olunan gəlirlər nəticəsində Abşeron yarımadasında böyük hektarlarla ərazilərdə yaşıllıqların salınması işləri görülür, çirklənmiş ərazilər təmizlənir".
Müəllif: Xeyrənsə Piriyeva