Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, YAP Ağdam rayon “Prime Cotton” MMC- ərazi partiya təşkilatının sədri Amil Rəşidov, sahibkarlar və rayon ağsaqqalları ilə birgə Əhmədağalı kəndində YAP veteranı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2-ci dərəcəli əmək ordeni ilə təltif olunmuş sahibkar Elşad Şəmmədovun pambıq tarlasına baxış keçirilmişdir.
Qeyd edək ki, bu il Ağdam rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən 2471,3 hektar sahədə pambıq əkilib.
Bunun da 1248,9 hektarı “Prime Cotton” MMC ilə, 352,44 hektarı “Azərpambıq” MMC ilə, 800 hektarı “P-Agro” MMC ilə , 70,0 hektarı isə digər şirkət ilə bağlanmış müqavilələr əsasında həyata keçirilir.
Hava şəraitindən asılı olaraq pambıq yığımının operativ, itkisiz, vaxtında yığılıb məntəqələrə çatdırılması planlaşdırılır.
Bununla da rayon ərazisində pambıq yığımına başlanılmışdır.