PDF Oxu

İqtisadiyyat

  • 4 551

Qızıl, gümüş və platin qiymətləri rekord həddə çatdı! - BİRJA

image

Dollar indeksinin zəifləməsi, FED-in faiz dərəcəsinin endirilməsi gözləntiləri və davam edən geosiyasi gərginliklər fonunda qızıl, gümüş və platin qiymətləri tarixi rekorda çatdı.

Spot qızılın qiyməti 4967 dollara yüksələrək yeni bir zirvəyə çıxdı. Spot gümüş 97,44 dollara, platin isə rekord həddə- 2684 dollara yüksəldi.

Dünən oktyabr və noyabr ayları üzrə istehlak xərcləri məlumatlarının açıqlanmasından sonra dollar indeksi son iki həftənin ən aşağı səviyyəsinə düşdü. Zəifləyən dollar təhlükəsiz sığınacaq kimi qiymətli metallara tələbatı artırdı.

Digər tərəfdən, davam edən geosiyasi gərginliklər qiymətli metalların gedişatına da təsir göstərir. ABŞ Prezidenti Tramp Qrenlandiya ilə bağlı NATO ilə razılığa gəldiklərini açıqladı. Donald Tramp iddia etdi ki, onlar Danimarkanın suveren hüquqlarını pozmadan adaya tam giriş imkanı vermək barədə razılaşıblar.

ABŞ Prezidenti Donald Tramp, Arktikada Rusiya və Çin təhdidi səbəbindən Qrenlandiyanın ABŞ-a qoşulmasını tələb edir, Avropa İttifaqı ölkələri, xüsusən də adanın sahibi Danimarka isə buna qəti şəkildə qarşı çıxır.

Digər tərəfdən, Federal Ehtiyat Sisteminin faiz dərəcəsinin endirilməsi ehtimalı da qiymətli metallara təsir göstərir. Bazarlar FED-in 2026-cı ildə faiz dərəcələrini endirəcəyini gözləyir. Lakin bir çox ekspertlər FED-in yanvar iclasında faiz dərəcələrini dəyişməz saxlayacağını proqnozlaşdırırlar.

Elçin

Digər xəbərlər

Rus iqtisadçılara ərzaq və benzin qiymətləri haqda danışmaq qadağan edilib...

Federal Antiinhisar Xidməti analitiklərə bir sıra xəbərdarlıqlar edib.

Norveç köhnə qaz yataqlarını bərpa edir...

Bu obyektlər 1998-ci ildə dayandırılmışdı...

Moskvadakı boş ticarət mərkəzi Rusiya iqtisadiyyatı haqqında nə deyir?

Bu, yaxınlaşan iqtisadi böhranın simvollarından biridir...

Hakimiyyət orqanları ticarət problemini həll edə bilmirlər...

Onlar illərdir ki, bununla “mübarizə aparırlar”…

ABŞ avtomobil sənayesi 5 milyard dollar itirəcək...

...İran, eləcə də yanacaq qiymətlərinin artması və komponent problemləri səbəbindən...

Rusiyada istehsal templəri ardıcıl 11-ci aydır ki, azalır...

Müəssisələr alışları və inventar səviyyələrini azaldır...