PDF Oxu

İqtisadiyyat

  • 19

Azərbaycanda adambaşına düşən məhsul istehsalı artır

Azərbaycanda adambaşına düşən məhsul istehsalı artır
Son vaxtlar bir sıra beynəlxalq maliyyə qurumlarının rəylərində Azərbaycanın keçid iqtisadiyyatlı ölkələr arasında ən dinamik inkişaf edən ölkə kimi xarakterizə olunması təsadüfü deyil.
Sürətli sosial-iqtisadi inkişafın yeni mərhələsini yaşayan ölkəmiz bu gün bir sıra beynəlxalq, qlobal layihələrin fəal iştirakçısıdır. Davamlı sosial-iqtisadi inkişafa, gələcək tərəqqiyə, xalqın əbədi firavanlığına hesablanmış Heydər Əliyev siyasi kursu bu gün öz həqiqiliyini və əbədiyaşarlığını işdə və əməldə sübut edir.
Yaxın 20 il ərzində Azərbaycanda ÜDM həcminin 4 dəfədən çox artacağı gözlənilir. Əgər 2006-cı il üçün ÜDM həcmi təqribən 17 mlrd. dollar səviyyəsində proqnozlaşdırılırdısa, artıq 2025-ci ildə bu göstəricinin 70 mlrd. dollara çatacağı gözlənilir. Həmçinin, bu il Azərbaycanda ÜDM-nin artım tempinin ən azı 30% olacağı, sənaye kompleksində isə hətta 40%-ə çatacağı proqnozlaşdırılır. Təkcə bu ilin 6 ayında ÜDM həcmi 36%-dən, sənaye istehsalı isə 41%-dən çox artıb. Mütəxəssislərin fikrincə, iqtisadi artımın sürətlənməsinə səbəb Azərbaycanda neft və qaz hasilatının sürətlə artması, həmçinin dünya bazarında neftin qiymətinin bahalaşması olub. Neft-qaz sektorunda əldə olunmuş irəliləyiş nəzərə alınmadan, birinci yarımillikdə ÜDM-nin artım tempi 10% olub. Qeyd edək ki, hazırda ÜDM-nin adambaşına düşən həcminin 2000 dollardan az olduğu halda, 2025-ci ildə bu göstəricinin 8000 dollara çatacağı proqnozlaşdırılır.
Yeri gəlmişkən, dünya üzrə iqtisadi artım tempi 2009-cu ildə isə 3,5% səviyyəsində proqnozlaşdırılır. Bu barədə isə Dünya Bankının hazırladığı "Qlobal Maliyyə İnkişafı-2007" hesabatında qeyd olunub. Hesabatda bildirilir ki, 2005-ci ildə bu ÜDM artımı 3,6%, 2004-cü ildə isə 4,1% təşkil edib. Avrozona ölkələrində isə analoji göstəricinin bu il 2,1% (2008-ci və 2009-cu illərdə 2,1% və 2,2%), ABŞ-da 3,5% (2007-ci və 2008-ci illərdə - 3,3%), Yaponiyada 2,8% (2008-ci ildə 2,1%, 2009-cu ildə isə 1,8%), Şərqi Avropa və Mərkəzi Asiyada - 5,5% (2008-ci ildə 5,4%, 2009-ci ildə isə 5,1%) təşkil edəcəyi gözlənilir. Yaxın Şərqdən başqa dünyanın bütün regionlarında iqtisadi artım tempində azalmalar müşahidə olunacaq.
Hesabatda qeyd olunur ki, 2009-cu ildə neftin orta qiyməti bir barelə görə 64,2 dollar təşkil edəcəyi proqnozlaşdırılır. Məruzədə həmçinin bildirilir ki, neftin qiymətinin rekord səviyyədə ucuzlaşması nəticəsində neft idxal edən "varlı" ölkələrin real gəlirləri 3,6%, "kasıb" dövlətlərin gəlirləri isə 10% azalıb.
Təbii ki, ölkəmizlə bağlı faktlar bir daha göstərir ki, mövcud siyasi kurs uğurla davam etdirilir, nəticədə iqtisadiyyatımızın inkişafı getdikcə sürətlənir. Ölkənin büdcə imkanları ilbəil artır ki, bu da əhalinin güzəranının daha da yaxşılaşdırılmasına şərait yaradır. Bütün bu deyilənlər isə əməli işə, konkret rəqəmlərə söykənir.
Xatırladaq ki, bütün bu işlər 2009-cu ilin 6 ayında davam etmiş, ölkənin ümumi sosial-iqtisadi inkişafı daha da sürətlənmişdir. Belə ki, bu ilin 6 ayında ümumi daxili məhsulun həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 21,8 faiz artmış, sənaye istehsalı 28 faiz çoxalmış, neft sektorunda 54,5 faiz, qeyri-neft sahələrində isə 8 faiz artım əldə olunmuşdur. Bütün bunlarla yanaşı, ötən 6 ayda orta aylıq əmək haqqı 22 faiz, əhalinin pul gəlirləri isə 21 faiz artmışdır. Büdcə imkanlarının artması nəticəsində isə ölkədə yoxsulluğun səviyyəsi 16 faizə düşmüşdür.
Bütün bunlar bir da qəti əminlik yaradır ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi islahatlar konsepsiyası cəmiyyətin bütün təbəqələrinin maraq və mənafelərini əks etdirir. Bu konsepsiya ölkədə həyata keçirilən radikal iqtisadi islahatların başlıca istiqaməti kimi çıxış edir və Qərb standartlarına əsaslanan bazar mexanizmlərinin inkişafı ilə şərtlənir.

Digər xəbərlər