PDF Oxu

İqtisadiyyat

  • 3 471

Bostonda ABŞ-Xəzər İnnovasiya Sammiti keçiriləcək

Bostonda ABŞ-Xəzər İnnovasiya Sammiti keçiriləcək

Noyabrın 7-də ABŞ-ın Massaçusets ştatındakı Boston şəhərində ABŞ-Xəzər İnnovasiya Sammiti keçiriləcək.Xəzər Siyasət Mərkəzinin ABŞ-ın Ticarət Palatası, habelə Azərbaycan, Əfqanıstan, Gürcüstan , Qazaxıstan, Türkiyə və Türkmənistanın səfirlikləri ilə birgə keçirəcəyi tədbirdə Trans-Xəzər nəqliyyat dəhlizi ölkələrinin hökumət təmsilçiləri və işgüzar dairələrinin nümayəndələri iştirak edəcəklər.

Tədbirdə alimlər, biznes dairələri təmsilçiləri, ABŞ-ın və Trans-Xəzər dövlətlərinin rəsmi şəxsləri Bostonun startapları və sahibkarlarından ibarət unikal cəmiyyətin dayanıqlı inkişafını və onlarla əməkdaşlığın möhkəmləndirilməsinə kömək məqsədilə dövlət sektoru, sənayeçilər və akademik dairələr arasında qarşılıqlı fəaliyyətin lokal, regional və qlobal səviyyədə genişləndirilməsi imkanlarını müzakirə edəcəklər.
Sammitdə Bostonda və Xəzər regionunda innovasiyalar sahəsində qazanılmış təcrübə, qarşılıqlı əlaqəli proseslər, startapların açılması üçün stimullar, elmi tədqiqatlar və ixtiralar təhlil olunacaq. Panel iclaslarda aparılacaq müzakirələrdə müxtəlif sahələr üzrə tələbatlar dəyərləndiriləcək, Trans-Xəzər dövlətlərində innovasiya və sahibkarıq üzrə iqtisadi sistemin reallaşdırılması və genişləndirilməsi istiqamətində tələblər, qoyulan müddətlər, sərmayə imkanları və yeni çağırışlar müəyyən olunacaq.

yap.org.az

Digər xəbərlər

Bloomberg: Kreml gözlənilməz bir problemlə üzləşir...
Bloomberg: Kreml gözlənilməz bir problemlə üzləşir...

ABŞ-ın ikinci dərəcəli sanksiyaları səbəbindən...

Ukraynadan gələn yeni hücumlardan sonra Rusiyada benzin tükənir
Ukraynadan gələn yeni hücumlardan sonra Rusiyada benzin tükənir

... Çətinlik Rusiya Federasiyasının ən azı yeddi bölgəsinə təsir edib...

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir
Rusiya bankları maliyyə “bombası”nın üzərindədir

Maliyyə köpüyü partlaya bilər və bu da ölkədə böyük bir böhrana səbəb ola bilər...

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır
Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır

Pekin fundamental iqtisadi problemlərinin səbəblərini səhv şərh edir...

Bazar 60 faiz kiçilib
Bazar 60 faiz kiçilib

İşlənmiş dizel mühərriklərinin Rusiyaya idxalı səmərəsizdir...