PDF Oxu

İqtisadiyyat

  • 4 954

Bakıda III Beynəlxalq Bankçılıq Forumu keçirilir

Bakıda III Beynəlxalq Bankçılıq Forumu keçirilir

Noyabrın 15-də Bakıda "Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid" adlı III Beynəlxalq Bankçılıq Forumu keçirilir.
Azərbaycan Respublikası Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayens sahəsindəki yeniliklər və risklərin, həmçinin qeyd olunanların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcə də digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.
Mərkəzi Bankın sədrinin müavini Alim Quliyev qeyd edib ki, nağdsız ödənişlərin həcmi hər il 17 faiz artacaq və nağdsız ödənişlərin çəkisi 70 faizdən 40 faizə azalacaq. Rəqəmsal iqtisadiyyatın formalaşması makroiqtisadi və monetar sabitliyin inkişafına öz təsirini göstərəcək.
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev diqqətə çatdırıb ki, bu ilin 9 ayında bank aktivləri 4,6 faiz, kredit portfeli 5 faiz artıb. Sektorun kapitallaşmasında əhəmiyyətli dərəcədə artım müşahidə olunub. "Hazırda bank sisteminin inkişafı üçün yeni drayverlərə ehtiyac var. Hesab edirik ki, rəqəmsallaşma bu drayverlərdən biri ola bilər", - deyə Z.Nuriyev vurğulayıb.
Forumda xarici və yerli spikerlər tərəfindən rəqəmsal bankçılığa və nağdsız iqtisadiyyata transformasiya məsələləri ilə bağlı mövzular ətrafında təqdimatlar ediləcək, geniş fikir və təcrübə mübadiləsi aparılacaq.
Beynəlxalq Bankçılıq Forumunda ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilat və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edir.
Tədbir panel iclaslarla işini davam etdirəcək.

yap.org.az

Digər xəbərlər

Avropa Rusiya qazına “krest” qoyub
Avropa Rusiya qazına “krest” qoyub

Heç kim Kremldən enerji asılılığına qayıtmaq niyyətində deyil…

Kreml Krım körpüsünün bərpası üçün vaxt çərçivəsini deyə bilməyib
Kreml Krım körpüsünün bərpası üçün vaxt çərçivəsini deyə bilməyib

Yolla birlikdə çökən 227 metrlik polad tağ ən çətin element idi...

Reuters: Rusiyada neft emalı 45 faiz azalıb
Reuters: Rusiyada neft emalı 45 faiz azalıb

Ukraynanın hücumları səbəbindən ruslar yenidən yanacaq çatışmazlığı ilə üzləşirlər...

“Rusiya yanacaqsız qala bilər”
“Rusiya yanacaqsız qala bilər”

Krım körpüsünə edilən hücumlar Rusiya Federasiyasının zəif tərəflərini üzə çıxarır...