İqtisadiyyat

  • 20 208

Qələbə: İqtisadiyyatımız bundan necə faydalanacaq?

image

Vüqar Bayramov: “İşğaldan azad olunacaq torpaqlarımız Azərbaycan iqtisadiyyatında xüsusi paya malik olacaq”

Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının, Güclü Ordumuzun və rəşadətli əsgərlərimizin şücaəti ilə artıq 30 il düşmən işğalı altında qalan torpaqlarımız azad edilməkdədir. Torpaqlarımızın işğaldan azad edildikdən sonra bütün sahələr üzrə yeniliklər ortaya çıxacaq. Belə ki, həmçinin iqtisadi inkişaf, məşğulluğun təmini, yeni iş yerlərinin yaradılması kimi mühüm amillər ölkəmizin inkişafında böyük əhəmiyyət daşıyacaq.Sözügedən məsələ ilə bağlı millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov bildirib ki, işğaldan azad olunacaq torpaqlarımız Azərbaycan iqtisadiyyatında xüsusi paya malik olacaq: “Artıq 26 gündür ki, Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatları davam edir. Doğrudur, Güclü ordumuzun şücaəti ilə torpaqlarımız ardıcıl olaraq işğaldan azad olunmaqdadır və sonna qədər də bir qarış torpaqlarımız düşmən əlində qalmayacaq”.“Bu bir faktordur ki, iqtisadiyyatı güclü olan dövlət də güclüdür", -deyən V.Bayramov bildirib ki, Azərbaycan iqtisadiyyatı kifayət qədər güclüdür və hətta uzunmüddətli müharibəyə belə davam gətirmək imkanındadır: "Ölkəmizin iqtisadi gücü və imkanları hər kəsə bəllidir. İşğalçı Ermənistandan fərqli olaraq, Azərbaycanın iqtisadi gücü ona qələbəyə qədər müharibə aparmağa imkan verir. Ölkə iqtisadiyyatı hətta uzunmüddətli müharibə şəraitində belə müharibəni iqtisadi baxımdan dəstəkləməyə qadirdir. Bu baxımdan, hərbi əməliyyatların müddətindən asılı olmayaraq, iqtisadiyyatımızın bu əməliyyatların ağırlığına davam gətirəcəyi şübhəsizdir. Ermənistanın iqtisadi durumu isə göz önündədir. Əminliklə demək olar ki, hərbi əməliyyatlar onsuz da ağır vəziyyətdə olan Ermənistan iqtisadiyyatına daha ciddi və uzunmüddətli problemlər yaradacaq".Millət vəkili bildirib ki, Azərbaycanın şanlı ordusu torpaqlarımızı işğaldan azad etməsinin həmçinin iqtisadi inkişaf, məşğulluğun təmini, yeni iş yerlərinin yaradılması kimi müsbət təsirləri olacaq: "İşğaldan azad olunacaq torpaqlarımız Azərbaycan iqtisadiyyatında xüsusi paya malik olacaq. Yuxarı Qarabağ iqtisadi rayonunun ərazisinə düşən rayon və şəhərlərimiz bərpadan sonra kifayət qədər iqtisadi potensiallı hesab olunurlar. Sözügedən iqtisadi rayona Xankəndi şəhərini, Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd, Xocalı, Şuşa və Tərtər rayonlarını daxildir. Ümumi sahəsi 7248 km2 olan bu iqtisadi rayon ölkə ərazisinin 8,4%-ni təşkil edir".Vüqar Bayramovun sözlərinə görə, İqtisadi rayon polimetal filizləri, tikinti materialları (mərmər, sement xammalı, əhəng daşı), mineral bulaqlar ilə zəngin iqtisadi rayon yüksək sənaye və kənd təsərrüfatı potensialına malikdir: “Yuxarı Qarabağ iqtisadi rayonunun ərazisinə düşən rayon və şəhərlərimiz bərpadan sonra kifayət qədər iqtisadi potensiallı hesab olunurlar. Sözügedən iqtisadi rayona Xankəndi şəhərini, Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd, Xocalı, Şuşa və Tərtər rayonlarını daxildir. Ümumi sahəsi 7248 km2 olan bu iqtisadi rayon ölkə ərazisinin 8,4%-ni təşkil edir”.V.Bayramovun sözlərinə görə, itisadi rayon polimetal filizləri, tikinti materialları (mərmər, sement xammalı, əhəng daşı), mineral bulaqlar ilə zəngin iqtisadi rayon yüksək sənaye və kənd təsərrüfatı potensialına malikdir. Eyni zamanda, işğaldan azad olunandan sonra həmin ərazilərin yüksə turizm potensialı da var.
“Füzulinin aparıcı iqtisadçıları ilə birlikdə rayonun sosial-iqtisadi inkişaf proqramının hazırlanmasına başlayacağıq”
V.Bayramov bildirib ki, Azərbaycanın şanlı ordusu 1993-cü il 23 avqust işğal tarixinin üstündən bir xətt çəkərək, üzərinə 2020-ci il 17 oktyabr zəfərini yazdı: “Ordumuz Füzuli şəhərini öz sahiblərinə qaytardı və 27 il düşmən tapdağı altında olan qədim bölgə işğaldan tamamilə azad edildi. Məlumdur ki, Füzuli füsunkar təbiətə və əlverişli torpağa malikdir. İşğaldan azad edilən Füzulinin ölkənin iqtisadi inkişafında xüsusi rolu olacaq”.Millət vəkili Füzulinin gələcəyi ilə bağlı sosial-iqtisadi inkişaf proqramının hazırlanacağını deyib: “Füzuli rayonu işğaldan öncə ölkəmizin iqtisadi gücə malik olan aparıcı bölgələrindən hesab olunurdu. Pambıqçılıq və taxılçılıq üzrə öndə olan rayonlardan biri kimi Füzulidə kənd təsərrüfatının digər istiqamətləri də inkişaf etmişdi. Rayon, eyni zamanda, sənaye məhsullarının istehsalına görə də fərqlənirdi. İşğaldan sonra ərazisi 1386 kv. km., əhalisi isə 150 min nəfərə yaxın olan Füzuli artıq bərpa və böyük quruculuq dövrünə qədəm qoyacaq: “İran ilə sərhəddə yerləşən Füzuli rayonu strateji coğrafi mövqeyə sahib olmaqla yanaşı, həmçinin, Azərbaycanın xarici iqtisadi əlaqələrinə də töhfə vermə imkanlarına malik olacaq. Ən qədim yaşayış yerlərindən biri olan Azıx mağarasının yerləşdiyi Füzuli rayonu əlverişli təbiəti və füsunkar mənzərəsi ilə də fərqlənir. Bu, daxili, o cümlədən, gəlmə turizm üçün yeni imkanlar deməkdir. Seçkiqabağı təbliğat-təşviqat kampaniyasında vəd etdiyim kimi, Füzulinin aparıcı iqtisadçıları ilə birlikdə rayonun sosial-iqtisadi inkişaf proqramının hazırlanmasına başlayacağıq. Burada hər bir yaşayış məntəqəsinin potensialına və xüsusiyyətinə uyğun olaraq, iqtisadi fəaliyyətlər, sərmayə qoyuluşları müəyyənləşəcək. Konkret iqtisadi və sosial tədbirlər planı təklif ediləcək. Füzuli rayonu yeni və tarixi mərhələyə qədəm qoyur. Bu imkanı bizə qismət edən Ali Baş Komandanımıza və Azərbaycan Ordusuna Füzuli sakinləri hər zaman minnətdar olacaqlar”.Xudafərin körpüsü və Araz çayı üzərində inşa edilən su elektrik stansiyalarını xüsusi qeyd edən V.Bayramov nəzərə çatdırıb ki, Xudafərin körpüsü Azərbaycan-İran arasındakı xarici əlaqələrin genişləndirilməsi baxımından vacib körpülərdən biridir: “Azərbaycan üçün Xudafərin yalnız mənəvi deyil, eyni zamanda iqtisadi əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, Araz çayı üzərində su elektrik stansiyaları inşa ediləcək. Onlardan biri "Xudafərin", digəri "Qız qalası" adlanıdırılır. Bu su elektrik stansiyalarının inşa edilməsi nəticə etibarilə işğaldan azad edilən ərazilərimizin elektrik enerjisi ilə təminatına imkan yaradacaq. Eyni zamanda bu, imkan verəcək ki, Azərbaycan elektrik enerjisi ixrac etmək imkanına malik olsun. Daxili tələbin ödənilməsi və Azərbaycanın ixrac potensialının genişləndirməsi baxımından hər iki stansiyanın xüsusi payı olacaq”.Millət vəkili sonda “Bütövlükdə, inşallah ərazi bütövlüyümüz tam bərpa olunduqdan sonra Yuxarı Qarabağ iqtisadi rayonu Azərbaycanda iqtisadi inkişafa xüsusi töhvə verəcək. Çünki Qarabağın işğaldan azad olunması Azərbaycan iqtisadiyyatının genişlənməsinə və diversifikasiyasına töhfə olacaq. Çünki Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır!”.

sia.az

Digər xəbərlər